CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda inanılmaz intihar cəhdi - Özünü öldürmək üçün iynə uddu

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidƏməliyyat, arxiv şəkli
Əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1989-cu il təvəllüdü T.A. (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib

BAKI, 21 fevral — Sputnik. Bakıda gənc qadın intihara cəhd göstərib. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

1989-cu il təvəllüdü T.A. (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A.-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A.-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.

Xəbər lenti
0