Milli Məclis

Siyasi partiya QHT-lərlə bağlı yeni qərar

172
(Yenilənib 14:25 20.02.2018)
Siyasi partiyaların, QHT-lərin fəaliyyətində əlillərin iştirakını məhdudlaşdırmaq qadağan edilir

BAKI, 20 fevral — Sputnik. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının (QHT), həmkarlar ittifaqlarının fəaliyyətində əlillərin iştirakını məhdudlaşdırmaq qadağan olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinin 33-cü maddəsində (Siyasi və ictimai həyatda iştirak) göstərilir ki, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

Qeyd edək ki, bu məsələ mövcud qanunun 15-ci maddəsi (Siyasi və ictimai həyatda müyəssərlik) ilə tənzimlənir. Həmin maddədə deyilir ki, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir.

Mövcud qanunvericilikdə məhdudiyyətin qoyulmaması əksini tapmayıb. Amma yeni hazırlanan qanun layihəsi isə bu məsələni tənzimləyəcək.

Qanun layihəsi Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

172
Teqlər:
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi, həmkarlar ittifaqları, iştirak, şəxs, qadağan, Qeyri-Hökumət Təşkilatları, QHT, siyasi partiya, əlil, maddə, Milli Məclis
Əlaqədar
Azərbaycanda iki partiya seçkilərdən imtina etdi
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi seçildi
İlham Əliyev partiya sədrinə "Şöhrət" ordeni verdi
Partiya sədrinin qardaşına xəbərdarlıq edildi