Qəpik

"Bakı Kart"ın "yararsız pul" problemi: Aparatlar işləmir

94
(Yenilənib 16:57 19.02.2018)
Baxış zamanı qəpik qəbuledicidə paslı və əyilmiş, istifadə üçün yararsız 20 qəpik aşkarlanıb

BAKI, 19 fevral — Sputnik. Metro və bəzi avtobusların ödənişi "Bakı Kart" vasitəsilə həyata keçirilir. Amma şəhərin bəzi ərazilərində qurulan "Bakı Kart" terminallarında tez-tez problemlər yaranır.

Bu gün Sputnik Azərbaycan-a müraciət edən Elyar İslam adlı vətəndaş da "Bakı Kart"da olan problemlərdən şikayət edib. O bildirib ki, dünən səhər saatlarında Heydər Əliyev prospektində üzərində saat olan binanın yaxınlığındakı dayanacaqda “Bakı Kart” terminalı işləməyib: "Terminal qəpik qəbul etmirdi. Dayanacaqda yağışın altında xeyli insan qalmışdı. Ümumiyyətlə, bu terminalların tez-tez sıradan çıxdığını görürük. Gah yeni kart vermir, gah qəpik, gah da kağız pul qəbul etmir. Bir sözlə, problemlidir. Xahiş edirik, bu problemin səbəbini araşdırasınız".

Sputnik Azərbaycan məsələni aydınlaşdırmaq üçün "Bakı Kart"-ın mətbuat xidmətinə müraciət edib. "Bakı Kart"-ın mətbuat xidmətindən bildirilib ki, yaranmış problemdən artıq məlumatlıdırlar. Müraciət dərhal araşdırılıb və problemin səbəbi müəyyən olunub: "Müəyyən edilib ki, 18 fevral tarixində saat 10:18-də terminalda qəpik ilişməsi olub. Terminalın işləməməsi səbəbilə, saat 11:10-da baxış keçirilib. Bu zaman qəpik qəbul edən hissədə paslı və əyilmiş, istifadə üçün yararsız 20 qəpik aşkarlanıb. Ona görə də terminalın qəpik qəbulu işləməyib. Ümumiyyətlə, bu hallar yalnız yararsız qəpik və ya kağız əsginas (əyri qəpik, əzik, kəsik kağız pul) terminala yükləndikdə baş verir. İstər "Bakı Kart", istərsə də digər terminallar olsun, yararsız pul qəbul etdikdə terminalda problem yaranır".

94
Teqlər:
"Bakı Kart", qəpik, terminal, problem