CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Bu yollarda sürət həddi endirildi

© Sputnik / Murad OrujovПроспект Матбуат в Баку
Проспект Матбуат в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının iki əsas avtomagistralında sürət həddi endirilib

BAKI, 18 fevral — Sputnik. Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında — Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi — Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.

Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Xəbər lenti
0