MilliÖn aparatı, arxiv şəkli

MilliÖn-ü yarıb, pulları apardılar: Polis fəhlələrdən şübhələnir

115
(Yenilənib 00:18 17.02.2018)
Məlumata görə, aparatdan 1200 manata yaxın pul götürülüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Naməlum şəxslər Hənifə Əliyeva küçəsində 1 saylı Kliniki Tibbi Mərkəzin (keçmiş Nikolay Semaşko adına mərkəzi xəstəxana) yanında yerləşən MilliÖn pul ödəmə terminalını yarıblar.

Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, fevralın 15-də cinayətkarlar aparatı tikinti aləti olan laqunda ilə kəsiblər.

Oğurlanmış pulun məbləği elə də böyük olmayıb. Məlumata görə, aparatdan 1200 manata yaxın pul götürülüb. Cinayət sutkanın qaranlıq vaxtı törədilib.

Cinayətkarların axtarışını terminalın yaxınlığında videokameraların olmaması çətinləşdirir. Bu isə əməliyyatçıların qəzəbinə səbəb olub. Baxmayaraq ki, bütün digər ərazilərdə yerləşdirilən bankomatlar və ödəmə terminallarında müşahidə videokameraları yerləşdirilib.

Qeyd edək ki, terminalın qarşı tərəfində hazırda inşaat işləri gedir. Oğurluğun tikintidə işləyən fəhlələr tərəfindən törədildiyi də istisna edilmir. Faktla bağlı araşdırma aparılır.

115
Teqlər:
cinayətkar, qarət, bankomat, Nəsimi rayon Polis İdarəsi
Əlaqədar
Bankomatlarda pulu olanların nəzərinə: təhlükədəsiniz
“Kapital Bank” bankomat şəbəkəsini genişləndirir