Balta, arxiv şəkli

Bakıda qadın qəssab məharətiylə səliqəli hissələrə doğranıb TƏFƏRRÜAT

488
(Yenilənib 01:38 19.02.2018)
Məhkəmə-tibbi ekspertizası bu gün zibil qutusundan tapılan qadın cəsədi ilə bağlı bəzi detalları açıqlayıb

BAKI, 16 fevral — Sputnik. Fevralın 16-da səhər saatlarında Bakının Binəqədi rayonunun 8-ci mikrorayonu ərazisindəki zibil qutularından birində hissələrə bölünmüş cəsədi tapılmış qadının qatili eyni vaxtda bıçaq və balta ilə silahlanıb. Bu barədə Sputnik Аzərbaycan-a Bakı şəhər prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, sakinlər bu gün səhər saat 08:00-da zibil qutusunda hissələrə parçalanaraq sellofan torbaya yığılmış qadın cəsədi aşkarlayıblar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilmiş qadının şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Ehtimala görə, qətl mənzildə törədilib. Qatil şübhə doğurmamaq üçün meyiti hissələrə ayıraraq torbalara yığıb və zibil qutusuna atıb.

O da məlum olub ki, qəddarcasına törədilmiş qətlin qurbanı ilkin ehtimala görə, 50-60 yaşlarda qadındır. İlkin məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qətl sonuncu sutka ərzində, daha doğrusu fevralın 15-dən 16-na keçən gecə baş verib. Qətldən dərhal sonra qatil cəsəddən qurtulub.

Cəsəd səliqə ilə 10-20 sm-lik xırda parçalara doğranıb. Bu isə qatil kişinin peşəkar qəssab olduğunu ehtimal etməyə əsas verir. Qatil başı bədəndən ayırıb, amma qurbanının üzünə toxunmayıb. Bu isə qadının tanınması və şəxsiyyətinin müəyyən edilməsi şansını artırır. Onun tapılmayan yeganə orqanı əlidir. Görünür, qatil istintaqın qadının şəxsiyyətini barmaq izlərinin köməyilə müəyyənləşdirəcəyindən ehtiyatlanaraq, onun əllərini gizlədib.

Qətllə əlaqədar olaraq, AR Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi açılıb.

488
Teqlər:
doğrama, balta, qətl, qadın
Əlaqədar
Azərbaycanda avtobusda dəhşətli qətl baş verdi
Daha bir rayonumuzda amansız qətl
Bakıda qısqanclıq zəminində dəhşətli qətl baş verdi
Bakıda amansız qətl törədənə ömürlük cəza verildi
Qətl törədən məmur övladı ilə bağlı qərar dəyişdirildi

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub

2
Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

BAKI, 30 may - Sputnik. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.

2
Şirvanda qəzaya uğrayan avtomobil

Şirvanda minik avtomobili mikroavtobusla toqquşub, ölən xəsarət alan var

4
(Yenilənib 17:46 30.05.2020)
Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 30 may - Sputnik. Şirvanda ağır yol qəzası baş verib.

APA-nın verdiyi xəbərə görə, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi  “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.

Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Sürücü yüngül xəsarət alıb.

Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.

Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır.

4