Yumurta

Süni yumurta iddiası yalan çıxdı

414
(Yenilənib 17:15 16.02.2018)
Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyatı olmayıb

BAKI, 16 fevral — Sputnik. Bakı şəhər sakini mağazadan aldığı və yerli istehsal olan yumurtanı qaynatdıqdan sonra plastmasabənzər maddənin yarandığı barədə İqtisadiyyat Nazirliyinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı qurumun İstehlak Mallarının Ekspertizası Mərkəzi yumurtanın alındığı mağazadan nümunələr və qaynadılarkən plastmasabənzər maddənin yarandığı bildirilən yumurtaların qalan hissəsi götürülərək laborator müayinə aparılıb. Müayinə nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyatı olmayıb.

Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmayıb.

Xatırladaq ki, fevralın 13-də sosial şəbəkələrdə bir video yayılıb. Videoda xanım həyat yoldaşının mağazadan yumurta aldığını və qaynayan zaman plastik kütləyə çevrildiyini iddia edirdi.

414
Teqlər:
yoxlama, yumurta, İstehlak Mallarının Ekspertizası Mərkəzi, İqtisadiyyat Nazirliyi
Əlaqədar
Rəqəmli yumurta görənləri heyrətə saldı
Azərbaycanın toyuq və yumurta idxal etdiyi ölkələrin adları bilindi
Süni yumurta sifariş verdi, görün içindən nə çıxdı – FOTOLAR
Yumurta niyə bahalaşır?
Toyuq fermasında aşkarlanan nə buğda oldu, nə də yumurta
Şimal-qərb bölgəsində küləyin fəsadları

Güclü külək şimal-qərb bölgəsində fəsadlar törədib - FOTO

3
(Yenilənib 11:55 10.05.2021)
Elektrik enerjisinin verilməsində yaranan fasilələr qismən aradan qaldırılıb. Hazırda bölgədə yağışlı hava davam edir.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Dünən axşamdan başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Bölgənin Balakən və Zaqatala rayonlarında güclü küləklə müşahidə edilən yağışlı hava şətaiti olub. Sputnik Azərbaycan-ın məlumatına görə, güclü külək Balakən rayonunun Qazbinə kəndi və Zaqatala rayonunun Makov kəndi ərazisində irigövdəli ağacları aşırıb. Elektrik naqillərinin qırılması səbəbindən hər iki rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələlər yaranıb.

  • Şimal-qərb bölgəsində küləyin fəsadları
    © Sputnik / Ibrahim Hashimov
  • Şimal-qərb bölgəsində küləyin fəsadları
    © Sputnik / Ibrahim Hashimov
  • Şimal-qərb bölgəsində küləyin fəsadları
    © Sputnik / Ibrahim Hashimov
  • Şimal-qərb bölgəsində küləyin fəsadları
    © Sputnik / Ibrahim Hashimov
1 / 4
© Sputnik / Ibrahim Hashimov
Şimal-qərb bölgəsində küləyin fəsadları

Zaqatalanın Makov kəndində isə ağacın yolu bağlaması səbəbindən ərtaf kəndlərə nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Aidiyyəti qurumlar və kənd sakinlərinin köməyi ilə qısa müddətdə ağaclar doğranaraq yol təmizlənib və avtomobillərin hərəkəti yenidən bərpa edilib. Elektrik enerjisinin verilməsində yaranan fasilələr də qismən aradan qaldırılıb. Hazırda bölgədə yağışlı hava davam edir.

Eləcə də oxuyun: 

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

"Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

Meteohəssasları sevindirəcək proqnoz

 

3
Teqlər:
yol, ağac, fəsad, külək, Balakən, Zaqatala

Meteohəssasları sevindirəcək proqnoz

3
(Yenilənib 11:47 10.05.2021)
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 10 may - Sputnik. Azərbaycan ərazisində mayın 11-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi  766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55  faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  7-11 dərəcə  isti, gündüz  20-25 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz  7-12 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Eləcə də oxuyun: 

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

* "Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

3
Teqlər:
yağış, külək, hava proqnozu