Zivər bəy Əhmədbəyov

Bakının ən məşhur məscidini tikən baş memarı

180
(Yenilənib 11:07 16.02.2018)
Təzə Pir məscidinin memarı Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxıda anadan olub

BAKI, 16 fevral — Sputnik. Zivər bəy Əhmədbəyov 1873-cü il fevralın 16-da Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.

1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olub. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilib.

Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.

1917-ci ildə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.

Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib.

26 may 2011-ci ildə Bakıda "Nizami" metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. 

180
Teqlər:
doğum günü, memar, Zivər bəy Əhmədbəyov, Şamaxı, Bakı
Əlaqədar
Memar olmaq istəyənlər üçün vacib xəbər
Polis əməkdaşı Bakıda avtobusda sərnişinləri yoxlayır, arxiv şəkli

Maska taxmayanlara agentlikdən "sürpriz"

42
(Yenilənib 20:36 01.06.2020)
"Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq".

BAKI, 1 iyun — Sputnik. Dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə olunmur: "Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir. Bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək bir daha sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edirik. Bildiririk ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir. Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq".

42
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər

115
"Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur"  - Rəşad Ağarəhimov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bu gün bütün dünyada yayılan koronavirus pandemiyası yeni olduğundan onunla bağlı bir çox suallar hələ də açıq olaraq qalır: Bu virus əleyhinə hazırlanan vaksinlər yararlı olacaqmı? Hər qış mövsümündə virus geri dönüş edəcəkmi? Uzun müddət bu virusla vəziyyəti necə idarə edəcəyik?

Bu və digər bu kimi suallar arasında ən çox verilən və düşündürəni isə, virusa ikinci dəfə yoluxma riskinin olub-olmayacağı ilə bağlıdır. Araşdırmalar göstərir ki, çox nadir hallarda bu virusa ikinci dəfə yoluxma halı baş verir. Məsələn, bu ilin fevralında Yaponiyada bənzər hadisə baş vermişdi, qadın ikinci dəfə koronavirusa yoluxmuşdu.

Azərbaycana gəldikdə isə ölkəmizdə bu virusa təkrar yoluxma faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bundan başqa, təkrar yoluma faktının qarşısını almaq üçün TƏBİB müalicə müddəti başa çatdıqdan sonra, əlavə 14 gün də bu şəxslərin evdən çıxmamasını tövsiyə edir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında ümumiyyətlə bu virusa təkrar yoluxma halının baş verə biləcəyi ehtimallarından danışıb: "Təkrar yoluxma halına bizdə rast gəlinməyib, amma Çində və bir neçə başqa ölkələrdə təkrar yoluxma hallarına rast gəlinib. Ümumiyyətlə virus elə bir canlıdır ki, demək olar ki, hər həftə genetik kodu yenilənir və yeni ştammlar əmələ gətirir. Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur. Necə ki, qrip virusu ilə ildə bir neçə dəfə xəstələnmək mümkündürsə, bu virusa da eyni yolla yoluxmaq mümkündür".

© Photo : Courtesy of Rashad Agaemirov
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov

"O ki qaldı 14 gün məsələsinə, evə yazılan xəstələr ya həmin 14 günü xəstəxanada keçirməlidirlər, ya da biz onlara bir kağıza imza atdırıb razılıq alırıq ki, qalan 14 günü evdə özünütəcrid edərək oturacaq. Həmin müddətdə pasiyent evdən kənara çıxa bilməz və evdə də fərdi qoruyucu vasitələrdən istifadə etməlidir", - deyə həkim əlavə edib.

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar üzərində bununla bağlı qəti rəy olmasa da, meymunlar üzərində aparılan tədqiqatlara görə, koronavirusa yoluxanlar yenidən bu xəstəliyə yoluxmur: "Yəqin ki, insanlarda da bu cürdür. Bəzi şəxslərdə simptomlar olmasa da, xəstəlik özünü klinik vəziyyətdə göstərir. Bundan baaşqa, bu xəstəliyə immunitetin yaranması faktoru bəllidir. İmmunitet yaranır və şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur".

115
Minneapolisdə etirazlar

"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb

0
Əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

BAKI, 1 iyun — Sputnik, Viktor Maraxovski. CNN hazırda ABŞ-da baş verən iğtişaşlarda "çox güman ki" Rusiya agentlərinin də iştirak etdiyini iddia edib.

Bir qədər öncə həmin telekanalın ekspertlərdən biri iğtişaşlarda "rusiyalı agentlərin" iştirak ehtimalını irəli sürüb. Donald Tramp isə şəxsən xüsusi olaraq öz "Twitter" səhifəsində həmin eksperti ələ salıb.

Xatırladaq ki, son vaxtlara qədər Prezident Trampla Amerikanın ən nüfuzlu telekanallarından biri olan CNN arasında münasibətlər, ümumiyyətlə, İran və İsrail arasında olan münasibətlərdən də pis olub. 2016-cı ildə CNN Trampın prezident olmaması üçün hər şeyi edib və sonra "Russiagate" məsələsinin şişirdilməsi üçün əlindən gələni edib. Tramp isə öz növbəsində CNN-ni məhz "saxta xəbər CNN" adlandırır və kanalın reytinqlərinin düşməsinə sevinərək açıq şəkildə ona nifrətini ifadə edir.

Yeri gəlmişkən, Atlanta şəhərində iğtişaş iştirakçılarının yolüstü CNN-in mənzil-qərargahına hücum etmələri, binanın şüşələrini sındırmaları və əllərinə keçəni dağıtmaları xəbəri Amerika prezidentinə ayrıca məmnunluq verib. Tramp vəziyyətin "istehzalı" olduğunu qeyd edib: etirazçılar onların hərəkətlərini dəstəkləyən və haqlı çıxaran kanalın binasını talan ediblər.

İndi isə ən maraqlısı. İş burasındadır ki, bu gün CNN-in ad günüdür, yubileyidir – onun 40 yaşı tamam olur.

Minneapolisdə etirazlar
© REUTERS / Carlos Barria

Bu kanalın əvvəldən nə olduğu və indi nəyə çevrildiyi, ümumiyyətlə, Amerikanın dünya liderliyinin tarixini bizə açıq şəkildə izah edir.

40 il əvvəl gənc mediamaqnat Ted Törner tarixdə ilk dəfə olaraq xəbərləri fasiləsiz gecə-gündüz birbaşa kabel vasitəsilə abonentlərə çatdıran şəbəkəni yaradıb. Bu, informasiya biznesində irəliləyiş və inqilab olub.

1980-cı ildə bu sıçrayışa o qədər də çox əhəmiyyət vermirdilər — çünki Qərbin və xüsusilə Amerikanın elm və biznesdə, siyasət və sosial texnologiyalarda inqilabları bir-birinin ardınca gəlirdi. Törner fasiləsiz xəbər xidmətini yaradır, sonrakı il NASA səkkiz nəfər ekipajlı çoxistifadəli pilotlu kosmik gəmisini buraxır, həmin il IBM ilk şəxsi kompüterlərin satışına başlayır, növbədə isə mobil telefon dayanır, onun arxasınca isə gələcəyin kralı İnternet gəlir.

O vaxtlar Amerikanın özü XX əsrin ruhunu ifadə edirdi. CNN isə Amerikanın reallığa təsir alətinə çevrilmişdi. Kanal bütün gücünü planetin tilsimlənmiş kimi izlədiyi "Körfəz müharibəsi" adlı böyük şou zamanı tam göstərdi. Gözlərimiz qarşısında texnoloji baxımdan üstün olan Amerika təyyarələri Avrasiyanın ən güclü ordularından birinin müqavimətini qırdılar. O zaman dünyanın izlədiyi şou yer kürəsi əhalisinin qəlbində əminlik yaratdı ki, ABŞ yenilməzdir, bəşəriyyətin qalan hissəsindən müəyyən keyfiyyət fərqi olan bir gücdür. Dünyanın qalan hissəsi sadəcə ABŞ-ın quyruğunda gəzməyə, ABŞ-ı qıcıqlandırmamağa, ABŞ-a itaət etməyə və onun yumşaqlığına ümid etməyə məhkumdur.

ABŞ-da polis əməkdaşı, arxiv şəkli
© AFP 2020 / ANDREW CABALLERO-REYNOLDS

İraqın hərbi qüdrətinin ardınca Sovet İttifaqının da planetin xəritəsindən yoxa çıxması müəyyən mənada ABŞ üçün XX əsrin xoşbəxt sonluqla bitməsi demək idi. Bu qələbənin qeyd-şərtsiz qəhrəmanlarından biri olan Ted Törnerə yalnız Ceyn Fonda səviyyəsində olan Hollivud ulduzu ilə evlənmək və onunla günbatan tərəfə getmək qalırdı. Törner də elə bunu etdi.

... Amma əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

XX əsrdə dünyanı fəth etmiş Amerika bəlkə də məhz xoşbəxt sonluq sindromuna tutulub. Yəni, o, həqiqətən də inanıb ki, insan tarixində final titrlər başlayıb və heç bir sikvel gözlənilmir.

Maraqlıdır ki, SSRİ-nin süqutundan dərhal sonra Amerika dövlət təşkilatları "Rusiya üzrə mütəxəssis" təlimini o saat dayandırdılar: "olmayan və heç vaxt olmayacaq bir şey üçün mütəxəssislər nəyimizə lazımdır?"

Amerikanın "reallıq pultu" olan CNN, Hollivud, "rəngli texnologiyalar" və artıq yeni əsrdə "Facebook" və "Twitter" də həmin bu sindromun qurbanı oldular.

Ancaq reallıq öz sözünü yenə dedi — ona nə qədər təzyiq etsən də, o, intiqam almaq üçün bir yol tapacaq.

"CNN-in dünyası" 2016-cı ildə dağıldı — Trampın seçkilərdə qazanması ilə. Bu, Amerikada "dərin dövlət" adlandırılan qrup üçün arzuolunmaz namizədin qələbəsindən də pis idi. Bu, "xoşbəxt sonluq dövrü" ideyasının əsaslarına, idarə olunan reallıq ideyasına, CNN və "The New York Times" ittifaqının yenilməzliyi haqqında təsəvvürlərə vurulmuş güclü zərbə idi.

Yeri gəlmişkən, bəlkə də, məhz buna görə də "dərin dövlət" prinsipcə, reallığın pultla tam idarə olunduğu inamından əl çəkməyərək, seçkilərdə rusların sehrli əlinin olduğuna dair iddianı ortaya atdı.

"Ruslar pultu sındırdılar — buna görə də biz uduzduq."

Bu versiyanın əsas media təbliğatçısı da elə CNN oldu.

...Yeri gəlmişkən. İndi, Amerikanın 30 böyük şəhərini iğtişaşların bürüdüyü bir vaxtda dünya eks-hegemonunun ərazisində "media" və real gerçəklik arasında münasibətlərin necə inkişaf edəcəyini təsəvvür edə bilərik.

Bir versiya var ki, təxminən elə bu cür də olacaq. Məsələ məhz ondan ibarətdir ki, əsl "dünyanın sonu" və əsl xoşbəxt sonluq olmur. Apokalipsis mütləq ölümcül olmalı deyil. Bəlkə də bu, sadəcə qlobal siyasi-iqtisadi və çox güman ki, güc liderliyinin itirilməsidir. Bu, yalnız ölkənin uğursuz hissələrinin bir növ "üçüncü dünya"ya çevrilməsidir (ABŞ-da 40000000 işsiz var və bu, son hədd deyil). Bu, cəmiyyətin parçalanması və ölkənin yoxsul ərazilərə və zəngin təcrid olunmuş adalara bölünməsidir. Hansısa şəhərlərin çətinliklə qarnını doydurmağa çalışdığı bir vaxtda, haradasa böyük büdcələrə başgicəlləndirici blokbasterlər çəkiləcək.

Sadəcə, CNN-in təsisçisi, 81 yaşlı Törnerin xatırladığı Amerika daha olmayacaq.

0