CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumları və vətəndaşlar qarşısında sərt tələb: Göz yumanlar cəzalandırılacaq

© REUTERS / Joshua RobertsСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər görməyən hüquqi və fiziki şəxslər, həmçinin dövlət qurumları cərimələnəcək

BAKI, 16 fevral — Sputnik. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında - Sputnik Azərbaycan
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə planını təsdiqlənib

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.7-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə dəyişiklik edilib.

Qeyd edək ki, bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb.

2017-ci il 14 aprel tarixində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, bütün fiziki və ya hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Layihə qeyd edilən qanunun icra məqsədilə hazlırlanıb.

Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcəklər.

Bu Məcəllənin 598.1-ci maddəsində nəzərdə tutulmuş xətanın qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi, yaxud dini təşkilat tərəfindən törədilməsinə görə vəzifəli şəxslər 800 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 8 min manatdan 15 min manatadək məbləğdə cərimə ediləcəklər.

Bu dəyişiklik Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0