Bıçaq, arxiv şəkli

Bakıda iki qardaşın bıçaqlı münaqişəsi faciə ilə nəticələndi

137
(Yenilənib 10:48 16.02.2018)
17 yaşlı Turan çoxlu qan itirib, onu təcili 3 saylı Kliniki Şəhər Xəstəxanasına çatdırıblar, hazırda vəziyyəti ağır qiymətləndirilir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Bakıda cavan oğlan kiçik qardaşını yaralayıb. Qardaşlar arasında dava onlardan birinin xəstəxanalıq olması ilə nəticələnib.

Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət fevralın 14-də, axşam saatlarında törədilib. Bakıxanov qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Cəfərli Tural Oqtay oğlu evə gələrək 2001-ci il təvəllüdlü qardaşı Turanla münasibətlərinə aydınlıq gətirərkən onu bıçaqla əlindən yaralayıb. Kiçik qardaşın aldığı xəsarət ciddi olub, bıçaq onun arteriyasına toxunub. 17 yaşlı Turan çoxlu qan itirib və onu təcili 3 saylı Kliniki Şəhər Xəstəxanasına çatdırıblar. Hazırda zərərçəkmişin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb, münaqişənin törədildiyi şərait araşdırılır.

137
Teqlər:
qardaş, bıçaqlanma, Sabunçu Rayon Polis İdarəsi, Bakı
Əlaqədar
Bakıda qız üstündə mübahisə bıçaqlanma ilə nəticələndi
Bakıda çimərlikdə nonsens: çimmək əvəzinə bıçaqlanma
Yeniyetmənin törətdiyi bıçaqlanma hadisəsinin detalları