Dilqəm Əsgərov və Şahbaz Quliyev

Dilqəm Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

142
(Yenilənib 10:04 16.02.2018)
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib

BAKI, 15 fevral — Sputnik. "Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ.Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin fevralında isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağda, Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Azərbaycanda hazırda 2 erməni diversant — Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. A.Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

142
Teqlər:
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, erməni diversant, dəyişmək, Dilqəm Əsgərov, Şahbaz Quliyev
Əlaqədar
Avropalı siyasətçilər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı söz veriblər
Rusiyanın Azərbaycandakı səfiri: "Dilqəm Əsgərovdan üz döndərməmişik"
Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi
Erməni girovluğunda olan Dilqəm Əsgərovun atası vəfat etdi
"Rusiya Aleksandr Lapşinə göstərdiyi həssaslığı Dilqəm Əsgərova da göstərməlidir"
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

10
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

10
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

18
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

18
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
ABŞ dollarları, arxiv şəkli

Cinsi istismar qurbanlara dəstək üçün yığılan pulları rəhbərin maaşına xərclədilər

0
(Yenilənib 17:06 29.11.2020)
Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir

BAKI, 29 noyabr - Sputnik. Yaradılmasında Riz Uizerspun, Emi Şumer, Bri Larson kimi Hollivud ulduzlarının iştirak etdiyi cinsi istismara qarşı populyar hərəkat Time's Up ianələrin böyük qismini zorakılıq qurbanlarına deyil, öz rəhbərliyinin maaşına xərcləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post qəzeti vergi sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaradıldığı 2018-ci il ərzində təşkilat 3,67 milyon dollar toplaya bilib. Bunlardan 1,4 milyon dolları əməkhaqlarına, ancaq 312 min dollar cinsi istismara məruz qalmışlara hüquqi yardım fonduna sərf olunub. Bundan əlavə, 157 min dollardan çox konfranslara, 288 min dollar - reklama, 940 min dollar - "hüquqi xərclərə", 58 min dollar - səyahətə və 112 min dollar PR-kampaniyasına sərf edilib.

Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir. Qəzetin məlumatına görə, Time's Up gəlirlərinin 38%-ni əməkhaqlarına sərf edib.

Time's Up hərəkatı 2018-ci ildə, tanınmış aktyor, siyasətçi, jurnalist və digər məşhur şəxslərə, o cümlədən prodüser Harvi Vaynşteyn və aktyor Kevin Speysiyə qarşı açılmış seksual istismar ittihamlarından sonra yaradılıb. Hərəkatın qayəsi cinsi istismar qurbanlarına dəstəklə məşğul olmaqdır.

 

0
Teqlər:
ABŞ, Hollivud, maaş, fond, pul, qurbanlar, cinsi istismar