Bakıda bankomat

Təqaüdçülərə pensiyalarla bağlı müjdə

573
(Yenilənib 18:06 15.02.2018)
İlk mərhələdə Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyalarının ödənişinə başlanılıb

BAKI, 15 fevral — Sputnik. “Əmək pensiyalarının hesablara köçürülməsinə başlanılıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, ilk mərhələdə Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyalarının ödənişinə başlanılıb: “Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ayın sonunadək pensiyaların ödənişi tam başa çatdırılacaq”.

 

573
Teqlər:
əmək pensiyaları, köçürülmə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, hesab
Əlaqədar
Pensiyaların neçə faiz artdığı açıqlanıb
Prezident pensiyalarla bağlı sərəncam verdi
"Yığımlar yubanırsa, pensiyaların verilməsində çətinlik yaranır"
Azərbaycanlı nazirdən pensiya müjdəsi
Dekabr ayı üçün pensiya və müavinətlər ödənilib
Məmur, arxiv şəkli

Bərdə rayon Prokurorluğunda kadr dəyişikliyi olub

19
(Yenilənib 18:57 10.08.2020)
Bərdə rayon prokuroru Asəf Sarıkişiyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Rəşad İsgəndərov  Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bərdə rayon prokuroru Asəf Sarıkişiyev isə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rəşad İsgəndərov bu təyinata qədər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

19
Əlaqədar
Baş Prokurorluqda dəyişikliklər: Üç aya 114 rəhbər vəzifəyə təyinat olub
Şirvanda vəzifəli şəxsə qarşı cinayət işi açıldı
Hərbi Prokurorluqda struktur dəyişikliyi: Təyinatlar var
Prokurorluqda kadr islahatları - Üç rayon və bir şəhərə təyinat var
Total dəyişiklik! Baş prokurordan yeni təyinatlar
Konstitusiya Məhkəməsinin binası, arxiv şəkli

Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib

4
(Yenilənib 18:35 10.08.2020)
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qərar Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclasında qəbul olunub.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar verilib.

Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

4
Əlaqədar
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Ekspert: “İpoteka kreditlərinin artması pandemiya ilə əlaqəli deyil”
Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb
Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?
Qorxusu yoxdur! Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Beyrutda etirazlar

Mitinqlər nəticə verdi hökumət tam tərkibdə istefaya getdi

0
(Yenilənib 18:56 10.08.2020)
Avqustun 8-də yerli vaxtla 16:00-da parlamentin qarşısında hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib

BAKI, 10 avqust — Sputnik. Livan hökuməti istefa verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri verib.

Beləliklə, Livan hökuməti cümə günündən etibarən etiraz edən yerli sakinlərin tələblərindən birini yerinə yetirib.

Avqustun 4-də ölkənin paytaxtı Beyrutda, liman ərazisindəki anbarlarda güclü partlayış olub. Nəticədə 200-dən çox adam ölüb, beş mindən çox insan yaralanıb, şəhərdəki binalara və infrastruktura ciddi ziyan dəyib.

Avqustun 8-də yerli vaxtla 16:00-da parlamentin qarşısında hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib. Polis insan kütləsini parlamentdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Mitinq edənlər isə cavabında polisə daş yağdırıblar.

Etirazçılar öncə Livan XİN-in, sonra enerji, maliyyə və ətraf mühit nazirliklərinin binalarına giriblər. Kütləni dağıtmaq üçün polislərin köməyinə gələn hərbçilər güllədən istifadə edib və nəhayətdə onları binalardan çıxarmağa müvəffəq olublar.

Ölkənin Baş naziri Hassan Diab Livandakı hazırkı böhrandan yalnız ölkədə vaxtından əvvəl parlament seçkisi keçirilərsə, çıxmağın mümkün olduğunu deyib. Partlayış barədə danışan Diab bildirib ki, o, korrupsiya nəticəsində baş verib. Etiraz edənlər parlament qarşısında korrupsiyaya yol verən məmurları asmaq üçün dar ağacları da qurublar.

Ümumilikdə iğtişaşlar nəticəsində 700-dən çox insan xəsarət alıb, bir polis əməkdaşı həlak olub.

0
Əlaqədar
Beyrutda baş verən partlayışda ölən və yaralıların sayı artdı
Beyrutda “daş dövrü” – paytaxtda iğtişaşlar başlayıb - VİDEO
Makron təcili Beyruta gedir - Niyəsi bilinmir
Livanda etirazçılar XİN binasını ələ keçirdilər, xeyli insan yaralandı - VİDEO
Həftənin fotoları: güclü partlayış, maskalardan bikini və nəhəng Ay