CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə müraciət: Aidiyyatı qurumlara məlumat verməlisiniz

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus, фото из архива
Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"BakuBus" MMC: Baş verən hadisələr hər bir sərnişini maraqlandırmalıdır

BAKI, 15 fevral — Sputnik. "BakuBus" MMC paytaxt sərnişinlərinə müraciət edib. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə bildirilir ki, ictimai marağa xidmət edən avtobusların təhlükəsizliyi və rahatlığı təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür.

Avtobuslar - Sputnik Azərbaycan
CƏMİYYƏT
BNA: Bakıda avtobusda yanğın olub

"Eyni zamanda, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz, saz vəziyyətdə saxlanılması vacib şərtlərdən hesab olunur. Təbii ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin müəyyən olunması və hadisəyə hüquqi qiymətin verilməsi üçün tədbirlər həyata keçirilir" — deyə "BakuBus" diqqətə çatdırır.

© Photo : "BakuBus" MMC"BakuBus"-da sərnişinlər tərəfindən zədələnmiş avtobus
BakuBus-da sərnişinlər tərəfindən zədələnmiş avtobus - Sputnik Azərbaycan
"BakuBus"-da sərnişinlər tərəfindən zədələnmiş avtobus

"Bir daha sərnişinlərimizi ictimai maraqlara xidmət edən nəqliyyat vasitəsinə — avtobusa maddi ziyan vuran, zədələyən və onun normal fəaliyyəti üçün maneə yaradan şəxslərə qarşı ictimai fəal vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu hər bir ictimai nəqliyyat vasitəsinin içərisində ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz rahatlığı, təhlükəsizliyi üçün lazım olan münasibəti ortaya qoymalı və ya aidiyyatı qurumlara məlumat verməlidir", — qurum bəyan edir.

Xəbər lenti
0