CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda elə bir ocaq qalandı ki, insanlar qapıda növbə tutur

© Sputnik / Murad OrujovЗажженная спичка, фото из архива
Зажженная спичка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İşləməyə imkan vermirlər. Gündə neçə nəfər gəlir ki, bundan mənə də düzəlt. Ən çox da istilikxana sahibləri maraqlanır"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Qazax rayon sakini, avtomobil çilingəri Ramin İbrahimov maraqlı və çox səmərəli soba hazırlayıb. Hazırladığı soba vasitəsilə 200 kvadrat metrlik təmir sexini gün ərzində, sadəcə 10 litr işlənmiş motor yağıyla qızdırır. O, hazırladığı sobanın qaz və odundan daha qənaətcil və gigiyenik olduğunu iddia edir.

Ramin İbrahimov ixtirası haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır: "Böyük propan balonu, adi mətbəx aspiratoru, yaxud yanacaq çənindən — istənilən bir şeydən hazırlamaq olar. Mən boş frion balonundan istifadə etmişəm".

© Sputnik / Ilham MustafayevQazax rayonunundan olan avtomobil çilingəri Ramin İbrahimov
Qazax rayonunundan olan avtomobil çilingəri Ramin İbrahimov - Sputnik Azərbaycan
1/3
Qazax rayonunundan olan avtomobil çilingəri Ramin İbrahimov
© Sputnik / Ilham MustafayevRamin İbrahimovun düzəltdiyi soba
Ramin İbrahimovun düzəltdiyi soba - Sputnik Azərbaycan
2/3
Ramin İbrahimovun düzəltdiyi soba
© Sputnik / Ilham MustafayevRamin İbrahimovun düzəltdiyi soba
Ramin İbrahimovun düzəltdiyi soba - Sputnik Azərbaycan
3/3
Ramin İbrahimovun düzəltdiyi soba
1/3
Qazax rayonunundan olan avtomobil çilingəri Ramin İbrahimov
2/3
Ramin İbrahimovun düzəltdiyi soba
3/3
Ramin İbrahimovun düzəltdiyi soba

"İşləmə prinsipi belədir ki, aspiratorun sorduğu hava ilk olaraq yağı qovub yanma kamerasına püskürülməsini təmin edir, bundan sonra isə yanmanı qüvvətləndirir. Normal halda yağ çətinliklə yandığı halda, bu sobada alovun hündürlüyü 1 metrədək yüksəlir", – deyə o bildirir.

Çox sadə detallardan hazırladığı sobanın bütün işlərini ixtiraçı özü hazırlayıb. İstifadə etdiyi materialların çoxunu isə metal qəbulu məntəqələrindən əldə edib.

34 yaşlı çilingər sobanı hazırlamaq üçün ümumilikdə 40 manat xərcinin çıxdığını, lakin xeyrinin əvəzolunmaz olduğunu deyir: "Sexin sahəsi 200 kvadrat metrdir. 4 girişi var ki, hər birinə ayrıca qapı düzəltmişəm. Gün ərzində maşınlar girib-çıxsa da, yenə sexi soyumağa qoymur. Sərfiyat da cüzidir. Gündə 10 saat yansa, 10 litr işlənmiş yağ yandırır".

Usta yağla bağlı çətinliyinin olmadığını, avtomobillərin yağını dəyişdikcə onları qablara doldurub saxladığını qeyd edir: "Ümumiyyətlə, çox baha olmayan işlənmiş yağın litrini yayda 20, qış aylarında isə 25-30 qəpiyə tapmaq mümkündür".

Çilingər sobaya marağın böyük olduğunu, onlarla insanın gələrək bu sobadan sifariş etdiklərini deyir: "İşləməyə imkan vermirlər. Gündə neçə nəfər gəlir ki, bundan mənə də düzəlt. Ən çox da istilikxana sahibləri maraqlanır".

Ramin İbrahimov gələcəkdə sobanı daha da təkmilləşdirərək təmir sexinə istilik sistemi quraşdırmağı planlaşdırır.

Xəbər lenti
0