Milli Məclis

Ələt azad iqtisadi zonası reallığa çevrilir

315
(Yenilənib 10:21 14.02.2018)
Milli Məclisin plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb

BAKI, 13 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilk oxunuşda qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Layihəyə əsasən Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə" qaydasında işləyəcək.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

315
Teqlər:
Ələt azad iqtisadi zonası, qanun layihəsi, Milli Məclis
Əlaqədar
Böyük layihə gündəmə gəldi: Ələt azad iqtisadi zonası yaradılır
(1:26 / 9.10Mb / просмотров видео: 13)

"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar VİDEO

19
Bu gün minlərlə vətəndaşımız göz qırpmadan Vətəni azad etmək uğrunda döyüşə atılmaq istəyir. Tovuz sakinlərinin tərəddüdsüz hazırlığını videomuzda izləyin.

İyul ayında baş verən Tovuz döyüşləri gənclərimizdə, eləcə də orta yaşlı nəsil arasında döyüş ruhunu yenidən alovlandırıb. Buna görə də gənclər, keçmiş döyüşçülər kütləvi şəkildə könüllü orduya getmək üçün müraciət edirlər.

Tovuz sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə öz fikirlərini paylaşıb, hər an döyüşə hazır olduqlarını, işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildiriblər. Onların cavablarını videomuzda izləyin.

19
Teqlər:
Tovuz, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi

Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"

30
"Bu problemin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Bu olmadığı müddətdə bu problem həll oluna bilməz"

BAKI, 29 sentyabr — Sputnik. Qarabağ probleminin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu problemin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Bu olmadığı müddətdə bu problem həll oluna bilməz. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

30
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”