CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Usubov bu rayona polis rəisi təyin etdi

© Photo : REPORTDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub

BAKI, 10 fevral — Sputnik. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunub. 

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. 

O, bu gün işləyəcəyi kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz Rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Xəbər lenti
0