CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarov məşhur radionu satın aldı

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidAzərbaycanlı müğənni və iş adamı Emin Ağalarov
Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov - Sputnik Azərbaycan
Abunə olmaq
Radiostansiya 12-35 yaşlı dinləyicilər üçün nəzərdə tutulub

BAKI, 7 fevral — Sputnik. Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov “Best FM” radiostansiyasını alıb. Bundan sonra “Best FM” Moskvanın "Jara FM" 100.5 FM tezliyində yayımlanacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə iş adamı özü məlumat verib.

O bildirib ki, onun "Jara" festivalı, "Jara" telekanalı var: “Biz Sergey Kojevnikov və Qriqori Lepslə "Jara" müsabiqəsini keçiririk. İndi isə mən radiostansiya aldım”.

Ağalarovun sözlərinə görə, "Jara" radiosunda rus və əcnəbi musiqilər səsləndiriləcək. Radiostansiya 12-35 yaşlı dinləyicilər üçün nəzərdə tutulub. “Jara” “Avropa plyus” və “Radio Energy” ilə yarışacaq.

Ağalarovun radiostansiyanı hansı məbləğə əldə etdiyi açıqlanmır.

Xəbər lenti
0