BAKI, 7 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin nəticələri açıqlanıb və vakansiya seçiminə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Nəticələrə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə keçid balları müəyyənləşdirilib. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 27, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 17, laborant vəzifəsi üzrə 15 bal olub.
Test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlər 07.02.2018-ci il saat 16:00-dan etibarən 11.02.2018-ci il saat 24:00-dək vakansiya seçimi edə biləcəklər. Qeyd edək ki, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 21, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 39 (16 daimi, 23 müvəqqəti xarakterli), laborant vəzifəsi üzrə 157 (75 daimi, 82 müvəqqəti xarakterli), ümumilikdə 217 vakansiya seçim üçün namizədlərə təqdim edilib. Hər bir namizədin 5 vakant yer seçmək imkanı var.
Namizədlərə vakansiya seçimi edərkən yaşayış yeri və iş yeri arasındakı uyğunluğa diqqət yetirmələri, yalnız işləmək arzusunda və iqtidarında olduqları iş yeri üzrə vakansiya seçimi etmələri, bu məqsədlə təhsil müəssisələrinin ünvanını dəqiqləşdirərkən https://bakimektebleri.edu.az/ internet səhifəsindən istifadə etmələri tövsiyə olunur. Təcrübə göstərir ki, bir çox hallarda iştirakçı qeyd edilən amili nəzərə almadan vakansiya seçimi edərkən sonradan işə qəbuldan imtina etməli olur. Belə ki, yerləşdirmə sistem vasitəsilə, müsabiqənin yekunu üzrə iştirakçıların nəticələrinə əsasən aparıldığından sonradan hər hansı dəyişikliyin aparılması mümkün olmur.
BAKI, 21 aprel — Sputnik. Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən müğənninin oğlu Səbuhi Ağayevin sözlərinə görə, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır: "Atam iki aydır ki, Türkiyədədir. Bu gün əməliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib. Şükür ki, vəziyyəti yaxşıdır".
BAKI, 21 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 12 679, hazırkı dövrədək isə 3 141 335 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.
BAKI, 21 aprel — Sputnik. Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.
Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.
Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!