CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rahat nəfəs alın: “Get Contact” bağlandı

CC0 / FirmBee / phoneРазговор по телефону в офисе. Архивное фото
Разговор по телефону в офисе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Buna proqramın şəxsi məlumatları yayması, məxfiliyi pozması səbəb olduğu güman edilir

BAKI, 7 fevral — Sputnik. Azərbaycanda "Get Contact"a giriş bağlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosil şəbəkə istifadəçiləri məlumatlar paylaşıb.

İnformasiyaya görə, bu gündən etibarən azərbaycanlı istifadəçilər böyük əks-səda doğurmuş və geniş müzakirələrə yol açmış "Get Contact" mobil tətbiqinə daxil ola bilmir. Buna proqramın şəxsi məlumatları yayması, məxfiliyi pozması səbəb olduğu güman edilir.

Xatırladaq ki, "Get Contact" mobil tətbiqi əlaqə nömrələri siyahısında qeydə alınmamış abonentin adını öyrənmək məqsədilə hazırlanıb. Mobil nömrə axtarış sətrinə daxil etdikdə, istifadəçi həmin abonentin digər şəxslərin telefon kitabçasında qeyd olunan adını görə bilir.

Xəbər lenti
0