Əlil arabası, arxiv şəkli

Nazirliklə komitədən əlillərlə bağlı birgə təşəbbüs

107
(Yenilənib 12:59 07.02.2018)
"Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib

BAKI, 7 fevral — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Hadi Rəcəbli "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi üzərində 4 ildən çoxdur işlərin, təkmilləşdirmənin getdiyini söyləyib.

O bildirib ki, qanun layihəsinin hazırlanmasının təşəbbüskarı komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Qanun layihəsi bir sıra təşkilatlar və beynəlxalq qurumlarla birgə işlənilib. Qanun layihəsi ilə bağlı komitəmizdə ilkin müzakirələr aparılıb, bu gün isə onun ərtafında ictimai dinləmələr keçirməyi qərara almışıq. İlkin müzakirələrdə də qanun layihəsi müsbət qarşılanmaqla yanaşı, bəzi təkliflər səsləndirilib".

Qeyd edək ki, hazırda tətbiq olunan qanun 1992-ci ildə hazırlanıb.

107
Teqlər:
"Əlil olan şəxslərin hüquqları haqqında" qanun, Əmək və sosial siyasət komitəsi, Hadi Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclis, iclas
Əlaqədar
Əlilliyi olan şəxslərin hüquqları müzakirə edilib
Əlil qızın 163 min dollarını əlindən aldılar
İsrafilov: “Əlilliyi olan şəxsləri cəmiyyətdən ayırmaq məntiqə sığmır”
Sərxoş halda avtomobil idarə edən əlillər inzibati qaydada həbs edilə bilərmi?
Millət vəkili: "Gözdən əlillərin sadəcə 2 faizi özünə iş tapa bilir"