Supermarket

Ölkəyə gətirilən qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

416
(Yenilənib 18:05 02.04.2018)
Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda "İnzibati orqanların Təsnifatı"na daxil edilib

BAKI, 6 fevral — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edib.

Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda "İnzibati orqanların Təsnifatı"na daxil edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyinə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək vəzifəsi verilib. Bununla əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında" qərarına da müvafiq dəyişiklik edilib.

416
Teqlər:
Qida Təhlükəsizliyi Agentliyi, ərzaq, Nazirlər Kabineti
Əlaqədar
Qida Təhlükəsizliyi Agentliyi yaradılır
Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən çox şey gözlənilir”
Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyindən gözləntilər çoxdur”
Пульты дистанционного управления телевизором, фото из архива

MTRŞ: “Space” telekanalının yayımı 3 saat dayandırılacaq

0
(Yenilənib 18:28 04.08.2020)
“Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edilib.

BAKI, 4 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

0
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 226 nəfər COVID-19-a yoluxub

135
(Yenilənib 17:33 04.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

135