Müasir avtobuslar

Daha bir marşrut xətti ləğv edildi

177
(Yenilənib 12:50 05.02.2018)
Müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb

BAKI, 5 fevral — Sputnik. 114 nömrəli marşrut xətti ləğv edilərək fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək. Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb.

Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – "20 Yanvar" metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi – "20 Yanvar" metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin "20 Yanvar" metrostansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir.

Məlumat üçün bildirək ki, sözügedən dəyişikliyin 10 fevral 2018-ci il tarixədək təmin edilməsi nəzərdə tutulub.

177
Teqlər:
114 nömrəli marşrut xətti, Müşfiqabad qəsəbəsi, Bakı Nəqliyyat Agentliyi, hərəkət zolağı, ləğv
Əlaqədar
Daha bir marşrut ləğv edildi, digərinin hərəkət sxemi dəyişdi
Xəbəriniz olsun: Daha bir marşrut xətti "BakuBus"a verilir
Bakıda marşrut xətti ləğv edildi
Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir
Növbəti marşrut xətti bərpa edildi
Avtobus

Bu gündən bəzi şəhər rayonlarda da ictimai nəqliyyat işləməyəcək

2
(Yenilənib 11:35 31.10.2020)
Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad və Masallı rayonlarında da 31 oktyabr saat 00:00-dan 02 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

BAKI, 31 oktyabr — Sputnik. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 31 oktyabr saat 00:00-dan 02 noyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan başqa, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad və Masallı rayonlarında da 31 oktyabr saat 00:00-dan 02 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dekabrın 1-dək dayandırılıb.

2
Əlaqədar
İctimai nəqliyyat iki gün işləməyəcək, şəxsi avtomobillərə qadağa qoyuldu
Şənbə-bazar ictimai nəqliyyat açılacaqmı?
Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi?
Sabah ictimai nəqliyyat işləməyəcək
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

İzmirdə yenə zəlzələ olub, ölən yaralananların sayı artıb

22
(Yenilənib 11:08 31.10.2020)
Zəlzələ yerli vaxtla saat 08:31-də Egey dənizində, İzmirin Seferihisar səmtinin 17,25 kilometr yaxınlığında qeydə alınıb. 

BAKI, 31 oktyabr - Sputnik. Türkiyənin İzmir şəhərində 6,9 ballıq zəlzələnin ardınca afterşoklar davam edir. 

Sputnik Türkiyə-nin məlumatına görə, bu gün səhər İzmirin Seferihisal səmtində 5 bal gücündə daha bir zəlzələ olub. 

Zəlzələ yerli vaxtla saat 08:31-də Egey dənizində, İzmirin Seferihisar səmtinin 17,25 kilometr yaxınlığında qeydə alınıb. 

Zəlzələnin episentrinin 7,33 kilometr dərinlikdə olduğu bildirilir. 

Bu arada İzmirdə ötən gün 6.6 bal gücündə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 24-ə, yaralananların sayı isə 804 nəfərə çatıb. Dağıntılar altında qalan insanların xilasetmə əməliyyatı davam etdirilir. 

6.6 bal gücündə zəlzələdən sonra bölgədə 400-dən çox yeraltı təkan qeydə alınıb. 

22
Əlaqədar
Ceyhun Bayramov İzmirdəki zəlzələ barədə: "Keçmiş olsun, dualarımız sizinlə!"
Azərbaycan İzmirdəki zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib
Türkiyə və Yunanıstan XİN rəhbərləri razılığa gəldilər – Zəlzələyə görə
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Qurban Yetirmişli: Dualarımız Türkiyədəki qardaşlarımızladır

İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"

0
Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər

BAKI, 31 oktyabr — Sputnik. "Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib".

© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?" sualına cavabında deyib.

"Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi.

Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır", - Prezident bildirib.

0
Əlaqədar
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"