Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Onu sonuncu dəfə "8 km bazarı"nda görüblər

363
(Yenilənib 21:29 02.02.2018)
Anası ilə yola getməyən müəllimə evdən gedib və onu axırıncı dəfə "Səkkizinci kilometr bazarı"nda görüblər

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. İndi onu polis axtarır. Bu barədə Sputnik Azərbaycan-a Salyan rayon Polis Şöbəsindən məlumat verilib.

İtkin düşən qadının xarakterik əlamətləri belədir: boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov, qarayanız sifətli, qara qısa saçlı, gözlərinin rəngi qəhvəyi.

Ramella Bayramova
© Foto: DİN mətbuat xidməti
Ramella Bayramova

Polisin bildirdiyinə görə, qızı onun Xırdalan şəhərində yaşayan doğma bacısı Xalidə Bayramova axtarır. Bacısının sözlərinə görə, Ramella Bayramova Şorsulu kəndində anası ilə birlikdə yaşayıb. Onların hər ikisi kənd məktəbində müəllim işləyib. Ramella Bayramova ibtidai sinif müəllim olub. Ana ilə qızı yola getmirmiş. Buna görə də qız 2014-cü ildə evdən gedib, anası isə onu heç axtarmayıb.

Bacısının dediyinə görə, 2015-ci ildə Ramella ilə küçədə qarşılaşıb və onu öz evinə aparıb. Bir müddət Ramella bacısıgildə yaşayıb və onun uşağına baxıb. Sonra o, iş axtarmaq adı ilə evdən gedib. Bir müddət sonra Ramella küçədə digər bacısı Gülsümlə qarşılaşıb. Sonra qız Şorsuluya qayıdıb, amma orada heç bir ay da qalmayıb. O, əşyalarını toplayaraq anasına özü üçün yaşamaq və ərə getmək istədiyini bildirib. Anasından xahiş edib ki, onu axtarmasın.

Lakin 2017-ci ildə Xalidə Bayramova və onun əri Teymur Əliyev Ramella ilə "Səkkizinci kilometr bazarı"nda qarşılaşıblar. Ramella çox pis görünürmüş və məlum olub ki, onun pulu yoxdur. Qız deyib ki, yaxınlıqda kirayədə yaşayır. Bacısı Ramellaya yenə də onlarla birlikdə yaşamağı təklif edib. Qız bacısından beş manat alıb və söz verib ki, əşyalarını toplayıb onun yanına gedəcək. Amma getməyib. O vaxtdan bacısının Ramella ilə heç bir əlaqəsi yoxdur.

Salyan RPŞ bu qızı görənlərdən və onun haqqında məlumata malik olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə — 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat verməyi xahiş edir.

363
Teqlər:
Salyan rayonu, itkin düşən, polis, qadın
Əlaqədar
Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi...
Tufandağda itkin düşmüş alpinistlər axtarılır
Xəzərdə itkin düşmüş ikinci balıqçının cəsədi tapılıb
Bakıda əcnəbi soyadlı iki yeniyetmə qız itkin düşüb