Əziz Əzizov

Yaşamalın yeni başçısı kimdir?

431
(Yenilənib 19:56 02.02.2018)
Əziz Əzizov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

BAKI, 2 fevral — Sputnik. Prezident İlham Əliyevin sərəncamı ilə Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Sputnik Azərbaycan Əziz Əzizov haqqında qısa avtobioqrafik məlumat təqdim edir.

9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuş Əziz Əzizov M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını bitirib. İxtisasca mühəndisdir. O, əmək fəaliyyətinə 1985-1986-cı illərdə Tramvay parkında başlayıb. 1992-ci ilə qədər Tramvay parkında müxtəlif vəzifələrdə çalışıb, son iki ildə isə qurumun istismar idarəsinin rəisi vəzifəsinin icra edib.

1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olan Əziz Əzizov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

431
Teqlər:
avtobioqrafik məlumat, Əziz Əzizov, Yasamal Rayon İcra Hakimiyyəti başçısı, Prezident İlham Əliyev
Əlaqədar
Yasamal rayonuna icra başçısı təyin olundu
Azərbaycanda yeni icra başçısı təyin olundu
Azərbaycanda icra başçısının evi yandı
Azərbaycanda İcra Hakimiyyətinin başçısı məhkəməyə müraciət edib