Tələbə. Arxiv şəkli

Təhsil haqqını ödəyə bilməyənlərə şad xəbər

189
(Yenilənib 18:48 02.02.2018)
Tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər

BAKI, 2 fevral — Sputnik. Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başlayıb. Bu barəd Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub. Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.

"Maarifçi" Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.

Tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər.

189
Teqlər:
Maarifçi Tələbə Kredit Fondu, təhsil haqqı, tələbə
Əlaqədar
Üç təbəqədən olan vətəndaşların təhsil haqlarını dövlət ödəyəcək
Təhsil sahəsində çalışanlar üçün sərt qadağa
"Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanacaq
İlham Əliyev təhsil nazirinin müavinini vəzifəsindən azad edib