Şərq bazarı

Vaxt qoyuldu: "Şərq bazarı" boşaldılır

194
(Yenilənib 18:36 02.02.2018)
Təmirin hansı müddətdə davam edəcəyi barədə məlumat verilməyib

BAKI, 2 fevral — Sputnik. "Şərq bazarı" təmirə bağlanacaq. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bazar rəhbərliyi və satıcılar xəbər verib. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb.

Onlara bildirilib ki, təmirlə əlaqədar olaraq martın 31-nə kimi işləyə biləcəklər. Sonradan bazar təmir məqsədilə bağlanacaq.

Bazar rəhbərliyi də məlumatı təsdiqləyib. Rəhbərlikdən verilən məlumata görə, hazırda bazarda təmir işləri aparılmasa da, aprel ayında işlərə başlanılacaq. Təmirin hansı müddətdə davam edəcəyi barədə məlumat verilməyib.

194
Teqlər:
"Şərq bazarı", bağlanma, təmir
Əlaqədar
"Qara bazar"da görünməmiş maxinasiyanın üstü açıldı, şəbəkə çökdürüldü
Bahalı, saxta və zərərli: Bazarda təhlükəli mallar dolaşır
Səhlənkarlıq, yoxsa qəsd: "Sadovod" bazarında əsas ziyan azərbaycanlılara dəyib
Avtomobil bazarında vəziyyət necədir