Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev mühüm dəyişiklikləri təsdiqlədi

1135
(Yenilənib 13:31 02.02.2018)
Dövlət başçısı sərəncam verib

BAKI, 2 fevral — Sputnik. Prezident İlham Əliyev "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2017-ci il 15 dekabr tarixli 943-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 943-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.5.3-cü maddədən "uşaqların və" sözləri çıxarılsın.

2. 33-cü maddə üzrə:

2.1. adında "Uşaqların və yetkinlik" sözləri "Yetkinlik" sözü ilə əvəz edilsin;

2.2. 33.1-ci və 33.3-cü maddələrdən "uşaqların və" sözləri çıxarılsın.

3. 35-ci maddə üzrə:

3.1. 35.14-cü maddədən "uşaqların və" sözləri çıxarılsın;

3.2. 35.14.1-ci maddədən "uşaqlara və" sözləri çıxarılsın və həmin maddədə "uşaqların" sözü "onların" sözü ilə əvəz edilsin;

3.3. 35.14.2-ci maddədən "uşaqlar və" sözləri çıxarılsın".

1135
Teqlər:
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu, dəyişiklik, sərəncam, Nazirlər Kabineti, İlham Əliyev, prezident
Əlaqədar
Cavadov: “Yeni televiziya kanalı sırf informasiya yönümlü olacaq”
"İngilis dilli televiziyanın yaradılması Azərbaycanın xeyrinə ola bilər"
Məhərrəmli: “Azərbaycanda keyfiyyətli televiziya kanalının yaradılmasına ehtiyac var”
Amaşov: “Bir tanka verilən pulla informasiya televiziyası yaratmaq olar”
Azərbaycanda yeni televiziya kanalı yaradılır