CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı

© AFP 2023 / Jewel SAMADOlimpiada
Olimpiada - Sputnik Azərbaycan
Abunə olmaq
İdmançı karyerasında üçüncü dəfədir olimpiyadada iştirak edir

BAKI, 1 fevral — Sputnik. 7-25 fevral tarixlərində Cənubi Koreyanın Pxençanq şəhərində 2018-ci il Qış Olimpiya Oyunları keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti oyunlarda iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

Azərbaycan 1998-ci ildən bəri Qış Olimpiadasında iştirak edir. Bu dəfə Qış Olimpiya Oyunlarında Azərbaycanı alpine skinig idman növü üzrə slalom və böyük slalom yarışlarına qatılacaq Patrik Braxner təmsil edəcək.

Qeyd edək ki, Atlet Pxençanq 2018 Qış Olimpiya Oyunlarına lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb. Patrik Braxner daha öncə Soçi 2014 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.

Xəbər lenti
0