CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın gənc ifaçıları "Sən supersən!"in ikinci mövsümündə

© Sputnik / Murad OrujovНамик и Самед участники второго сезона "Ты Супер"! на НТВ
Намик и Самед участники второго сезона Ты Супер! на НТВ - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il keçirilən müsabiqə zamanı Azərbaycandan iki iştirakçı seçilib

BAKI, 1 fevral — Sputnik. Azərbaycan Rusiyanın NTV telekanalı və Sputnik İnformasiya Agentliyi və radiosunun "Sən supersən!" beynəlxalq vokal layihəsində növbəti dəfə təmsil olunur.

Ötən il keçirilən müsabiqə zamanı Azərbaycandan iki iştirakçı seçilib. Onlar Bakıdakı sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbinin yetirməsi Səməd Novruzov və Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın yetirməsi Namiq Cəbrayılovdur.

Хошгедем Мехтиева на сцене Ты супер! - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ulduzlar “Sən supersən” müsabiqəsinin iştirakçılarına dəstək verir

Səməd Novruzovun vokal göstəriciləri bu yaxınlarda aşkarlanıb, Namiq Cəbrayılov isə kiçik yaşlarından oxumağa başlayıb. Layihənin iştirakçıları artıq Moskvaya yollanıblar. Orada onlarla vokal və xoreoqrafiya üzrə peşəkar pedaqoqlar işləyəcək.

Bu il "Sən supersən" müsabiqəsində 13 ölkədən 8-18 yaş arasında olan 82 uşaq iştirak edəcək. İştirakçılar Rusiyanın müxtəlif guşələrindən (Saxalin adalarından başlamış Dağıstan Respublikasına qədər), həmçinin MDB və Baltik ölkələrindən Moskvaya gediblər. Müsabiqədə Azərbaycanla yanaşı Ermənistan, Belarus, Qazaxıstan, Latviya, Moldova, Tacikistan, Özbəkistan və Estoniya təmsil olunur. Bununla yanaşı, ilk dəfə olaraq layihədə Almaniya və Suriyadan da uşaqlar iştirak edir. Eyni zamanda, birinci mövsümdə iştirak edən Roman Drujinin və Daniil Xomyakov ikinci dəfə müsabiqədə güclərini sınayacaqlar.

Layihənin dəyişilməz tərəfdaşı "Rossiya seqodnya" BİA medai qrupuna daxil olan Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu MDB və Baltik ölkələrindəki istedadların üzə çıxarılmasına yardım edir.

"Rossiya seqodnya" BİA-nın baş redaktoru Aleksandr Blaqodırenkonun sözlərinə görə, Sputnik bir informasiya agentliyi olaraq öz üzərinə qeyri-adi bir funksiyanı — müsabiqədə iştirak edəcək uşaqların axtarışını götürüb.

© Sputnik / Murad OrujovNamiq Cəbrayılov
Namiq Cəbrayılov - Sputnik Azərbaycan
Namiq Cəbrayılov

"Bu məsələni həll etməkdə bizə müxtəlif ölkələrdəki 600-dən yuxarı əməkdaşımız kömək edir və hər mövsümdə biz gələcək müsabiqə iştirakçılarını daha sürətlə tapırıq" — deyə ikinci mövsümün startına həsr olunmuş mətbuat konfransında Blaqodırenko bildirib.

NTV-nin baş prodüsseri Timur Vaynşteynin sözlərinə görə, "Sən supersən!" layihəsi sübut edib ki, istedad üçün sərhəd yoxdur.

"Demək olar, ötən ilki bütün finalçılar müxtəlif uşaq musiqi müsabiqələrində və beynəlxalq müsabiqələrdə iştirak ediblər, bir neçə iştirakçı musiqi məktəblərinə daxil olub, yaxud daxil olmağı planlaşdırır" — deyə Vaynşteyn bildirib.

Sputnik agentliyinə müsahibəsində Vaynşteyn deyib: "Mən çox şadam ki, Azərbaycan iki ildir ardıcıl olaraq bu müsabiqədə iştirak edir".

"Mən Bakıda doğulmuşam, orada mənim babalarım dəfn olunub, bu şəhəri çox sevirəm və böyük məmnuniyyətlə ora gələcəm. Azərbaycan mənim ikinci vətənimdir, amma mən bundan heç vaxt istifadə etmirəm. Bizdə heç kəs bundan istifadə etmir, çünki bu, şəffaf müsabiqədir. Biz sadəcə bütün iştirakçılarımızı sevirik, çünki onlar öz dürüstlükləri, səmimiyyəti, həyata yetkin münasibətləri isə özünəməxsus olurlar" — deyə NTV-nin baş prodüseri bildirib.

Qeyd edək ki, Sputnik müsabiqə boyu Azərbaycandan olan iştirakçıların taleyini izləyəcək.

© Sputnik / Murad OrujovSəməd Novruzov
Səməd Novruzov - Sputnik Azərbaycan
Səməd Novruzov

"Sən supersən!" beynəlxalq vokal layihəsinin ikinci mövsümünün premyerası artıq bu şənbə — fevralın 10-da, Bakı vaxtı ilə saat 21.00-da NTV-də olacaq. Layihə həmçinin Sputnik-in MDB və Baltik ölkələrindəki portallarında birbaşa translyasiya rejimində həftəlik olaraq yayımlanacaq.

Bu mövsümdə münsiflər kreslosunda Rusiyanın xalq artisti, bəstəkar İqor Krutoy, "Avroviziya-2016"-nin iştirakçısı və tamaşaçı səsverməsinin qalibi Sergey Lazarev, populyar müğənni Yulianna Karaulova və bəstəkar, prodüser Viktor Drobış oturacaqlar.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Onun iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı aparıcı milli KİV-lər arasında TOP-15-liyə daxildir.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir. Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

Xəbər lenti
0