CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş axtaranların nəzərinə: Dövlət qurumlarında vakant vəzifələr var

CC BY 2.0 / Seabamirum / BusinessmanБизнесмен, фото из архива
Бизнесмен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış ola bilərsiniz

BAKI, 31 yanvar — Sputnik. Yanvarın 11-də elan olunmuş inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1129 vakant icraçı vəzifəsinə müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 9-dək davam edəcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda qeyd olunan vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 801 nəfərdir.

Ofis işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəis heyəti vəzifəsinə işçi axtarılır

Yanvarın 26-da elan olunmuş inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat isə fevralın 23-dək davam edəcəkdir və hazırda müsahibə üçün qeydiyyatdan keçənlərin sayı 53 nəfərdir.

11 yanvar 2018-ci il tarixində elan olunmuş müsahibəyə ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub: Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə), Dövlət Statistika Komitəsi (78 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə).

26 yanvar 2018-ci il tarixində elan olunmuş müsabiqənin müsahibə mərhələsinə isə Təhsil Nazirliyi rayon təhsil şöbələrində olan 189 vakant icraçı vəzifə təqdim olunub.

Xatırladaq ki, müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən Respublikamızın rayon və şəhərlərində yerləşən qurumlardadır. Bu bölgələrdə yaşayan, eləcə də orada işləmək istəyən vətəndaşlar üçün bir fürsətdir. Rayonlarda da dövlət qulluğunda çalışmaq üçün yüksək ixtisaslı kadrlara ehtiyac var və vətəndaşlar bu imkandan yararlanmalıdırlar.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış ola bilərsiniz.

Qeyd edək ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbəti test imtahanı fevralın 18-də keçiriləcək və bu imtahana qeydiyyat fevralın 11‑dək davam edəcəkdir. İmtahanda iştirak etmək üçün hazırda 153 nəfər qeydiyyat keçib.

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət: Dövlət qurumu 600 manat məvaciblə işçi axtarır

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "İnzibati icraçı (B növ) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat" vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Xəbər lenti
0