Milli Məclis

"Ad soyadlar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq

109
(Yenilənib 13:53 29.01.2018)
"Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi də Milli Məclisdə müzakirə olunacaq

BAKI, 29 yanvar — Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci il yaz sessiyası üçün işlər planı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, yaz sessiyası dövründə "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələri Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bundan əlavə, yaz sessiyasında "Yazılı abidələr haqqında", "Kulinariya haqqında", "Ad və soyadlar haqqında", "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələri parlamentdə müzakirə olunacaq.

109
Teqlər:
komitə, qanun layihəsi, Milli Məclis, müzakirə
Əlaqədar
Bakıda əcnəbi soyadlı iki yeniyetmə qız itkin düşüb
"Qapının üzərində "Zeynəb Xanlarova" ad-soyadını görəndə dizlərim əsdi"
Milli Məclis adlar və soyadlarla bağlı qanun layihəsini nəzərdən keçirəcək

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib

0
Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.

Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Partlayış, arxiv şəkli

Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb

19
(Yenilənib 11:35 29.10.2020)
"Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır"

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək.

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb
MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub
Füzuli, Xocavənd və Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb