CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol kənarında kömürə dönmüş kişi meyiti tapılıb

© AFP 2023Meyit
Meyit - Sputnik Azərbaycan
Abunə olmaq
40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

BAKI, 28 yanvar — Sputnik. Şabran rayonu ərazisində yanmış kişi meyiti  tapılıb. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib.

40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Şabran Rayon Polis Şöbəsinə  (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

 

Xəbər lenti
0