Yapon dənizi, arxiv şəkli

İçində azərbaycanlıların da olduğu itən gəminin son görüntüsü

417
(Yenilənib 21:48 27.01.2018)
Videodan görünür ki, gəmi buzlar arasında qalıb, onun göyərtəsi qarla örtülüb və buzlaşıb

BAKI, 27 yanvar — Sputnik. Bir neçə gün öncə Yapon dənizində itkin düşən "Vostok" balıqçı gəmisində çəkilən son video internetdə yayılıb. Sputnuk Azərbaycan REN TV-yə istinadla xəbər verir ki, videonu ekipaj üzvlərindən biri çəkib.

Yapon dənizi, arxiv şəkli
© Photo : Rusiya FHN-in Xabarovsk diyarı üzrə Baş idarəsinin mətbuat xidməti

"Bax beləcə Zarubinoya gedirik. Mən körpücüyə ona görə qalxmışam ki, orada su axır. İndi hansı yollasa irəliləməyə çalışacağıq. Mən bax orada, aşağıda, buz olan yerdə yaşayıram. Yaxşı, sağ olun, hamıya salamlar. Birtəhər yarıb keçəcəyik", — video müəllifi kadr arxasında deyir.

Videodan görünür ki, gəmi buzlar arasında qalıb, onun göyərtəsi qarla örtülüb və buzlaşıb. Güclü külək əsir və qar yağır.

Primorye diyarı administrasiyasından bildirilib ki, bu, itən gəmidən göndərilən son videodur. Hazırda axtarışlar davam edir. Mümkün qəza yerindən gəmiyə aid əşyalar və iki xilasedici qayıq tapılıb. Amma onlar boş olub.

"Vostok" balıqçı gəmisi yanvarın 24-də Cənubi Koreyadan Saxalinə gedərkən itib. Traulerdə 21 nəfər olub. Onlardan ikisi azərbaycanlıdır.

417
Teqlər:
"Vostok" balıqçı gəmisi, Yapon dənizi, itkin düşən, azərbaycanlı
Əlaqədar
İtən gəminin axtarışları davam edir
İtən gəmidəki azərbaycanlılarla bağlı yeni xəbər var
İtən gəmidə olan azərbaycanlılar belə axtarılır
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

6
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7