Qar

Cənub bölgəsində temperatur kəskin düşüb, güclü qar yağıb

227
(Yenilənib 21:34 27.01.2018)
"Rayon mərkəzində qarın hündürlüyü 26 sm olsa da, ucqar kəndlərdə 40-50 sm-dir"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Bir neçə gündür Masallı, Lənkəran və Astara rayonlarında fasiləsiz yağan yağış Lerik və Yardımlı rayonlarında qarla əvəzlənib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar xüsusilə Lerik rayonunu ağuşuna alıb.

Lerikdə qar
© Sputnik / Rahim Zakiroğlu
Lerikdə qar

Belə ki, rayon mərkəzində qarın hündürlüyü 26 sm təşkil etdiyi halda, ucqar Orand, Nuravud, Pirəsora və Sorçay ərazilərində 40-50 sm-dir. Yağan qar dağ yollarında avtomobillərin hərəkətində çətinliklər yaradıb. Yolların qardan təmizlənməsi üçün ağır texnika və canlı qüvvə cəlb edilib.

Lerikdə qar
© Sputnik / Rahim Zakiroğlu
Lerikdə qar

Yardımlı rayonunda isə yağan qarın qalınlığı mərkəzdə 20 sm, yüksək dağlıq ərazilərdə isə 25-30 sm olub. Hal-hazırda bölgənin dağlıq ərazilərində qar yağması davam edir.

Lerikdə qar
© Sputnik / Rahim Zakiroğlu
Lerikdə qar

Qeyd edək ki, ümumilikdə bölgədə havanın temperaturu —3 dərəcəyə enib. Dağlıq ərazilərdə —5-7 dərəcə şaxta var, saniyədə 10-15 metr sürətlə şimal-qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin 29 yanvar tarixinə kimi davam edəcəyi proqnozlaşdırılır.

227
Teqlər:
dağlıq ərazi, Yardımlı, Lerik, qar
Əlaqədar
Yağış, qar, külək - Hava xəbərdarlığı
Xəbərdarlıq: Yollar buz bağlayacaq, yağış, qar yağacaq
Bakıya yağış və qar gəlir - Proqnoz açıqlandı
Bakıya qar yağır
Qar uçqunu təhlükəsinə görə on mindən artıq turist təxliyyə edildi