CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayıl yamacındakı sürüşmənin aktivləşmə səbəbləri açıqlandı – SON DURUM

© Photo : пресс-служба РЦСС НАНАМониторинг на территории вблизи комплекса "Телебашня" Баиловского склона, где произошел оползень
Мониторинг на территории вблизи комплекса Телебашня Баиловского склона, где произошел оползень - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də "Əbədi məşəl"in önündə batma prosesi baş verdi

BAKI, 27 yanvar — Sputnik. "Bayıl yamacında sürüşmə prosesi hələ davam edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralov qeyd edib ki, yamacda dərinliyi 5-6 metr olan çatlar yaranıb.

Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi - Sputnik Azərbaycan
HADİSƏ
"Teleqüllə" ətrafında sürüşmə davam edir, nazir operativ tapşırıq verdi

Onun sözlərinə görə, Bayıl sürüşmə ərazisi yeni yaranan sürüşmə zonası deyil: "Ədəbiyyatlara baxanda görürük ki, təxminən 1847-ci ildən bəri — bəlkə ondan da qabaq olub, ancaq biz ədəbiyyatlarda olanı deyirik — müxtəlif illərdə və həmin ərazinin müxtəlif yerlərində çökmələr, uçqunlar, sürüşmə prosesləri baş verib. Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də "Əbədi məşəl"in önündə batma prosesi baş verdi. Burada 35 metrə yaxın böyük bir torpaq qatı çökdü. Ondan 450 metr aşağıda – Neftçilər prospektində, dənizə yaxın hissədə magistral yolda qabarma əmələ gəldi. Biz bütün bu məlumatlar haqqında atlas hazırlamışıq və əraziləri konturlaşdırmışıq. Bu gün sürüşmənin baş verdiyi ərazi də bizim tərəfimizdən sürüşməyə meylli ərazi kimi qeyd olunub".

Ekspedisiya rəisi əlavə edib ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda, fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsi səbəb olub: "Bütün bu amillər ərazinin dayanıqlığını azaltdığından yamac boyu – "Bayıl dərəsi" deyilən ərazinin sağ yamacında sürüşmə prosesləri baş verir".

Ə.Qaralov qeyd edib ki, hazırda Zığ, Günəşli yaylası sürüşmə zonalarında aktivlik olsa da, oradakı prosesin aktivliyi Bayıl yamacı ilə müqayisədə stabildir.

Xəbər lenti
0