Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi

Tanınmış cərrah qalmaqallı cinayət işindən danışdı: “Məsuliyyəti mənim üzərimə atır”

222
(Yenilənib 21:26 27.01.2018)
Mircəlal Kazımi cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib

BAKI, 27 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinə münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, M. Kazımi APA-ya açıqlamasında sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib.

“Guya Gürcüstan Baş Prokurorluğu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb. Mən tibb sahəsində olan fəaliyyətimlə Azərbaycan səhiyyəsinə yenilik gətirmişəm və bu iş ilə Azərbaycan Respublikasının adını Avropa qaraciyər transplantasiyası reyesterinə yazdırmağı bacarmışam. Ancaq bütün bu naliyyətlər heç də o demək deyil ki, mən hansısa məsuliyyətdən boyun qaçırmalıyam. Qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətimin olmadığını bəyan edirəm. İndi isə barəmdə yayılan xəbərin yalnışlığı ilə bağlı dəlilləri ortaya qoymaq istəyirəm. Dünən mən bu məsələni araşdırdım. Məlum oldu ki, vətəndaşı olduğu ölkənin cinayət məcəlləsinin müxtəlif maddələrlə ittiham edilən Fərman Ceyranlının Gürcüstanda növbəti məhkəməsi olub. Düşdüyü kritik durumdan qurturmaq üçün o, heç bir ciddi əsas olmadan məhkəmədə mənim də adımı hallandırıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm. Aldığım məlumata görə, təyin olunan ekspertizada tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur. Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətilə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Eyni zamanda qeyd edim ki, dünən keçirilən məhkəmə prosesində mənimlə bağlı heç bir həbs qərarı verilməyib. Gürcüstan qanunvericiliyinə görə, şəxs barəsində həbs qərarını prokurorluq deyil, məhkəmə verir. Fərman Ceyranlı və onun müdafiəçiləri əsassız yerə məhkəmədə mənim adımı hallandırdıqlarına görə, prosesdə iştirak edən dövlət ittihamçısı məhkəmə qarşısında mənim həbs edilməyimlə bağlı vəsatət qaldırıb. Məhkəmə isə həmin vəsatəti təmin etməyib. Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm”, — M.Kazimi vurğulayıb.

Cərrah-transpantoloq ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını da qeyd edib: “Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq”.

222
Teqlər:
cərrah, Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyi, cinayət işi
Əlaqədar
Bakıda özü-özünü əməliyyat edən cərrah: "Kompleksdən əziyyət çəkirdim"
Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı
Səhiyyə Nazirliyi cərrahiyyə əməliyyatı zamanı videoçəkilişlərə münasibət bildirdi
Azərbaycanlı cərrah Koreyada mükafatlandırılıb
Azərbaycanda plastik cərraha daha çox niyə müraciət edirlər?
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

14
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

14
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

28
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

28
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

26
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

26