Qarlı hava

Sabah gözlənilən hava proqnozu açıqlandı DİQQƏTLİ OLUN

754
(Yenilənib 21:00 27.01.2018)
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir

BAKI, 27 yanvar — Sputnik. Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə yarımadanın bəzi yerlərində az yağıntılı  olacağı  gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

754
Teqlər:
hava şəraiti, buz, yol, şaxta, proqnoz
Əlaqədar
Sabaha hava proqnozu
Sabaha olan hava proqnozu açıqlandı
Duman, bulud, külək - Hava xəbərdarlığı
Paytaxt və bölgələr üzrə hava proqnozu
Növbəti hava xəbərdarlığı