Dəmiryolu vağzalının yaxınlığında güclü partlayış

Paytaxtdakı güclü partlayış anı kameraya düşdü VİDEO

484
(Yenilənib 20:58 27.01.2018)
İnsident nəticəsində bir nəfər ağır xəsarət alıb

BAKI, 27 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Dəmiryolu vağzalının yaxınlığında güclü partlayış baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, “Qafqazinfo” hadisə anını əks etdirən kadrları əldə edib.

Xatırladaq ki, partlayış Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisində baş verib. İnsident nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə yerində FHN işçiləri və polis əməkdaşları araşdırma aparırlar.

484
Teqlər:
partlayış, Bakı, yanğın
Əlaqədar
Bakının mərkəzində güclü partlayış baş verib – VİDEO
Suriyada baş verən partlayışlar nəticəsində onlarla insan həlak olub
Məsciddə namaz vaxtı partlayış törədilib, 11 nəfər ölüb
İŞİD-in tərəfindən törədildiyi iddia edilən partlayışın icraçısı saxlanıldı