CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə bir Nuranı heç görməmisiz – FOTOLAR

© © Foto N.Suri tərəfindən təqdim olunubMüğənni Nura Suri yeni obrazda
Müğənni Nura Suri yeni obrazda - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur müğənnini o qədər dəyişə bilib ki, təntənəli tədbirlərdən birinin çoxsaylı iştirakçıları onu tanımayıblar

BAKI, 27 yanvar — Sputnik. Tanınmış azərbaycanlı müğənni Nura Suri imicini dəyişməyi o qədər də xoşlamır. Amma bu dəfə o, yeni layihə üçün istisna etməyi və dəyişməyi qərara alıb.

© © Foto N.Suri tərəfindən təqdim olunubMüğənni Nura Suri yeni obrazda
Müğənni Nura Suri yeni obrazda  - Sputnik Azərbaycan
Müğənni Nura Suri yeni obrazda

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, o, artıq 10 ildir imicini dəyişmir – eyni saç düzümü və geyim stili. Bunu onu tanıyan və izləyən insanlar da yaxşı bilir.

© © Foto N.Suri tərəfindən təqdim olunubMüğənni Nura Suri yeni obrazda
Müğənni Nura Suri yeni obrazda  - Sputnik Azərbaycan
Müğənni Nura Suri yeni obrazda

“Məndən həmişə soruşurdular ki, niyə stilimdə dəyişiklik etmirəm. Mən də cavab verirdim ki, əgər mənə rahatdırsa, komfortludursa və ən əsası, mənim xoşuma gəlirsə, niyə dəyişməliyəm? Amma bu dəfə dəyişmək qərarına gəldim və ancaq fotolayihə xətrinə saçlarımı boyadım” – deyə Suri bildirib.

Nura bu qərara stilist Elnur Həsənovla bir yerdə gəlib. Elnur müğənnini o qədər dəyişə bilib ki, təntənəli tədbirlərdən birinin çoxsaylı iştirakçıları onu tanımayıblar. Suri deyib ki, yeni imicinə fərqli yanaşmalar olub. Kiminsə xoşuna gəlib, kiminsə yox. Müğənni bir daha vurğulayıb ki, bu dəyişiklik müvəqqətidir və ancaq layihə üçündür.

Xəbər lenti
0