Dilarə Əliyeva küçəsində baş vermiş partayış

Bakının mərkəzində güclü partlayış baş verib VİDEO

826
(Yenilənib 20:44 27.01.2018)
Olay nəticəsində ən azı bir nəfər yanıq xəsarətləri alıb

BAKI, 27 yanvar — Sputnik. Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, partlayış  Dəmir Yolu Vağzalının yaxınlığında baş verib. Qaz sızmasından baş verən partlayış binanın ikinci mərtəbəsində olub. Partlayış yanğınla müşahidə olunub.

FHN Yanğınsındürmə xidmətinin avtomobilləri hadisə yerində
FHN Yanğınsındürmə xidmətinin avtomobilləri hadisə yerində

Hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı "Ofisait" mağazasına da ziyan dəyib.

Olay nəticəsində ən azı bir nəfər yanıq xəsarətləri alıb. Vəziyyəti ağır dəyərləndirilən yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

  • Dilarə Əliyeva küçəsində baş vermiş partayış
    Dilarə Əliyeva küçəsində baş vermiş partayış
    © Sputnik / Murad Orujov

1 / 5
© Sputnik / Murad Orujov
Dilarə Əliyeva küçəsində baş vermiş partayış

Hadisə yerinə gəlmiş "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib. O bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: "Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir".

"Azəriqaz" rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

826
Teqlər:
qaz sızması, partlayış, Bakı, xəsarət, yanğın
Əlaqədar
Suriyada baş verən partlayışlar nəticəsində onlarla insan həlak olub
Metro yaxınlığında partlayış oldu, bir nəfər yaralandı
İŞİD-in tərəfindən törədildiyi iddia edilən partlayışın icraçısı saxlanıldı
Rusiyadakı partlayışa görə məsuliyyəti bu təşkilat üzərinə götürdü
Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır