CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəsə təmənnasız gecələmə, qidalanma, hətta maddi yardım - Azərbaycanda

© AFP 2023 / Jure MAKOVECSığınacaq
Sığınacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Bilirlər ki, soyuq qışı keçirmək üçün isti yatacaq yerləri, isti yeməkləri, qayğılarına təmənnasız qalan, onlara təmənnasız qucaq açan insanlar var...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Əvvəllər soyuq havalarda, şaxtalı günlərdə metroların yaxınlığında vətəndaşlar üçün sığınma çadırları qurulurdu. Bu çadırlarda evsiz, yaşayış yeri olmayan insanlarla yanaşı, soyuq havalarda mənzil başına çata bilməyən insanlar da gecələyir, isti yemək və çayla təmin edilirdilər. Amma həmin çadırlar müvəqqəti xarakter daşıyırdı, havalar bir qədər isinən kimi sökülürdü.

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

İndi isə artıq daimi yaşayış yeri olmayan, parklarda, xarabalıqlarda gecələyən insanların bir sığınma yeri var. Belə ki, bir müddət əvvəl Zabrat qəsəbəsində daimi yaşayış yeri olmayan şəxslər üçün sığınacaq fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın əməkdaşı bu günlərdə sözügedən sığınacağa baş çəkib, sakinlərin vəziyyəti, yaşayış şəraiti ilə maraqlanıb.

© Sputnik / Irade JELIL18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzinin direktoru Çingiz Əhmədov
18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzinin direktoru Çingiz Əhmədov - Sputnik Azərbaycan
18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzinin direktoru Çingiz Əhmədov

Əvvəlcə sığınacağın — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzinin direktoru Çingiz Əhmədov mərkəz haqqında məlumat verib. Çingiz Əhmədovun sözlərinə görə, mərkəz daimi yaşayış yeri olmayan 18 yaşdan yuxarı Azərbaycan vətəndaşlarının 180 gün müddətində sosial sığınacaq müəssisəsinə yerləşdirilməsini, onların sosial, məişət və hüquqi problemlərini həll edir. Hazırda mərkəzin 26 sakini var ki, onlardan 8-i qadındır.

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi  - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

Mərkəzə qəbul edilmək üçün müəyyən sənədlər tələb olunur. Direktor deyib ki, vətəndaşlar mərkəzə müraciət edən zaman onlardan müvafiq hüquq mühafizə orqanlarının, bələdiyyələrin məktubu, rayon icra hakimiyyəti orqanlarının və inzibati ərazi idarəetmə orqanlarının məktubları, vətəndaşın psixoloji durumu və yoluxucu xəstəlikləri barədə arayışla qəbul edilir. Psixoloji durumunda problemlər və yoluxucu xəstəlikləri olan vətəndaşlar mərkəzə qəbul edilmir.

"Vətəndaşın müraciəti və sənədlər toplusunun təqdimatından sonra vətəndaş qeydiyyat otağında qeydə alınır. Daha sonra qeydiyyat otağı ilə üzbəüz yerləşən hamamxanada təmizlənir, bərbər xidməti göstərilir, təmiz geyimlə təmin olunur. Həkim yoxlamasından keçdikdən sonra isə vətəndaşa yataq verilir. Yerləşdikləri otaqlarda onlar özlərinə məxsus dəsmallar, diş fırçası, sabun, şampun və s.-lə təmin edilirlər" — deyə müsahibimiz bildirib.

Qeyd edək ki, mərkəzin sakinləri gündə 3 dəfə xüsusi isti yeməklə təmin edilirlər, çay və su isə fasiləsizdir. Yəni istəyən şəxs istədiyi zaman çay və ya su içə bilər. Sakinlər, həmçinin mərkəzdə fəaliyyət göstərən kitabxana, oyun salonu, televiziya izləmə otaqları, hovuz və idman zalının xidmətlərindən də istifadə edirlər.

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi  - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

Vətəndaşlar mərkəzdə qaldıqları müddətdə ev şəraitində ehtiyacları olan hər şeylə təmin edilirlər. Xəstələndikləri zaman Sosial Müdafiə Fondunun göndərişi əsasında Sabunçu Rayon Poliklinikasına və Sabunçu Rayon Xəstəxanasına göndərilirlər. Əgər müalicəyə ehtiyac olarsa, dərmanla da təmin edilirlər.

Ç.Əhmədov onu da qeyd edib ki, sakinlərin mərkəzə giriş-çıxışlarına məhdudiyyət var. Yəni istədikləri zaman mərkəzdən çıxa və ya qayıda bilməzlər. Əgər vətəndaş Mərkəzi tərk edirsə, yenidən qəbul edilmir. Ancaq daxili nizam-intizam qaydalarına riayət edən və özünü məntiqli idarə edə bilən şəxslərə istisna hallarda saat 16.00-ya qədər gedib, geri qayıtmaq üçün icazə verilir.

"Xüsusilə qeyd edim ki, bu hüquqdan istifadə etmək istəyən sakin bu etibarı qazanmalıdır. Amma yerdə qalanlara daimi yaşayış yerləri olmadığı üçün bu məsələdə həssaslıqla yanaşırıq" — həmsöhbətimiz vurğulayıb.

Müsahibimiz onu da bildirib ki, mərkəzə sadəcə yemək üçün müraciət edənlər də olur: "İndiyə qədər müəssisəyə günorta və ya axşam yeməyi ilə təmin olunmaq üçün 30-a yaxın vətəndaş müraciət edib. Sadəcə olaraq gəlib, 1-2 saat istirahət edib, qidalanıb gediblər. 22 nəfər isə 2-3 gün müddətində qalıb və gedib".

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi  - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

Mərkəzin direktorunun dediyinə görə, bu ayın sonuna qədər mərkəzdə sakinlərin məşğuliyyəti üçün müxtəlif — dülgərlik, xarratlıq, plastik qapı-pəncərə hazırlanması və onun lazım olan detallarının işlənməsi və s. sexlər açılacaq. Mərkəzin sakinləri həmin sexlərdə əmək fəaliyyəti ilə yanaşı müxtəlif peşələrə də yiyələnə biləcəklər.

Ç.Əhmədov qarşıdakı digər planlardan da danışıb: "Mərkəzə yaxın ərazilərdə hasarlanmış və istifadə edilməyən torpaq sahələri var. Zabrat qəsəbə nümayəndəliyi ilə danışmışıq, düşünürük ki, həmin torpaqları icarəyə götürək və bizə lazım olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə də məşğul olaq. Burada kartof, soğan və s. məhsullar yetişdirilsin. Artıq iki nəfərlə biz bu barədə razılığa gəlmişik. Torpaq sahibləri ilə müqavilə bağlamaq ərəfəsindəyik".

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi  - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

Mərkəzdə sakinlərin hüquqi problemləri də həll edilir. Onların şəxsiyyət vəsiqələrinin bərpası, pensiya yaşına çatan şəxslərə pensiya verilməsi üçün müvafiq işlərin görülməsi və s. kimi problemlərin həllində yardımlar göstərilir.

"Biz bu insanların təkcə burada qalmalarını, qidalanmalarını, yaşamalarını deyil, buradakı müddət bitdikdən sonra həyata adaptasiya olmalarını da düşünürük. Yaşlı insanların pensiya təminatı olduğu üçün onlar 180 gün burada qalmaqla 6 aylıq pensiyalarını yığa bilərlər. Və sonradan həmin pulla özləri üçün nə isə edərlər. Ən azından, kommunal xərclərdən, qida və geyim problemindən azaddırlar" — deyə Əhmədov bildirib.

Direktor sığınacaqda məskunlaşmış şəxslər haqqında danışarkən deyib ki, onlar yaxınları, qohumları, övladları tərəfindən atılmış insanlardır: "Bunların arasında illərlə parklarda, xarabalıqlarda, söküntülər arasında, küçələrdə yaşamış insanlar var. Sakinlərdən biri illərlə gecələri "20 Yanvar" metrostansiyası yaxınlığında, abidənin məşəlində qızınaraq yatırmış. Burada o isti, rahat yataqla və yeməklə təmin edilir".

© Sputnik / Kemale AliyevaDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi  - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

Həmsöhbətimiz qarşılaşdıqları problemlərdən də danışıb: "Bu insanların hərəsi bir yerdən, rayondandır. Müxtəlif düşüncəli insanların bir yerdə yaşaması təbii ki, müəyyən çətinliklər yaradır. Onların burada bir-birinə adaptasiya olmaları, haradasa 10 gün çəkir. Burada elə şəxs var ki, BDU-nun tarix fakültəsini bitirib, 35 yaşı var. Ailə münaqişəsi nəticəsində evsiz qaldığı üçün gəlib dövlətin müəssisəsinə sığınıb. Biz ona iş də tapmışıq. Hazırda işləyir və 250 manat maaş alır. Bu adam səhər 9-da yeməyini yeyib işə gedir, axşam saat 8-də gəlib yeməyini yeyib otağına gedir. Biz belə insanlara mane ola bilmərik. Amma 65-70 yaşında insanın buradan harasa getməsi müəmma doğurur. İnsanlar burada qaldıqca onları tanıyır və xarakterlərinə uyğun davranırıq".

Ç.Əhmədov qeyd edib ki, bəzən vətəndaşlar lazımi sənədləri toplaya bilmədikləri üçün sığınacağa gəlməkdə çətinlik çəkirdilər. Artıq Mərkəz rəhbərliyi bu insanların vəziyyətini də nəzərə alıb. Belə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə də qəbul edilir: "Elə insanlar var ki, bölgələrdən gəldikləri üçün Bakını, dövlət qurumlarını yaxşı tanımırlar. Buna görə də belə insanları əvvəlcə qəbul edir, sonra sənədlərin toplanması ilə məşğul oluruq".

Əhmədovun sözlərinə görə, artıq hüquq mühafizə orqanları, PPX-i soyuq, qarlı havalarda mənzil başına çata bilməyən insanları da bu sığınacaqlara gətirəcək.

Mərkəzin direktoru ilə söhbətimizi bitirdikdən sonra sakinlərin yaşadıqları otaqlara baş çəkdik. Mərkəzi gəzərkən qarşımıza çıxan Asəf dayı əslən Lənkəran rayonundandır. 71 yaşında olduğunu deyən Asəf dayı mərkəzin ən yaşlı sakinidir. Ömrünün 48 ilini feldşer həkim kimi fəaliyyət göstərən kişini sonradan həyat öz budağından qoparıb. İndi bu sığınacağa pənah gətirib və buradakı sakinlərə tibbi xidmət göstərir. Elə bizimlə qarşılaşanda da xəstə üstünə tələsirdi.

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi  - Sputnik Azərbaycan
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi

Mərkəzin ən gənc sakinin isə 19 yaşı var. Fiziki qüsurlu olan bu şəxs valideynlərinin himayəsindən kənarda, uşaq evində böyüyüb. İndi də bu sığınacağa pənah gətirib, oranın işçilərinin himayəsindədir.

Sığınacağın ikinci mərtəbəsi kişilər, 3-cü mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Sakinlərin əksəriyyəti kişilərdir. Qadınlar arasında isə gənc qızlar da var, yaşlı xəstə qadınlar da.

Hamının Tünzalə dediyi Tükəzaban xanım yataq xəstəsidir. O, ailəsini — həyat yoldaşı və 3 oğlunu müxtəlif zamanlarda itirəndən sonra qardaşı ilə yaşamağa başlayıb. Lakin dediyinə görə, qardaşının nəvəsi ilə tez-tez mabahisələri olduğu üçün evdən çıxıb. Əvvəlcə başqa sığınacağa pənah aparıb, indi də bir aya yaxındır ki, bu sığınacaqdadır.

Qadın deyir ki, bura onun üçün qardaşının evindən dəfələrlə yaxşıdır: "Orda çox hirslənirdim, qorxurdum ki, beynimə qan sızar. Burada isə sakitlikdir. Bura evdən yaxşıdır".

Mərkəzdə illərlə həbs həyatı yaşamış, həmçinin yaxınları tərəfindən evindən çıxarılmış insanlar da var. Onlar yaş, cins, təhsil, düşüncə baxımından bir-birindən fərqlənsələr də, hamısını bir ümid birləşdirir. Bilirlər ki, soyuq qışı keçirmək üçün isti yatacaq yerləri, isti yeməkləri, qayğılarına təmənnasız qalan, onlara təmənnasız qucaq açan insanlar var…

Xəbər lenti
0