Depressiyada olan adam

Dəhşətli sonun başlanğıcı ya intihara hazırlaşanı necə tanımalı?

787
(Yenilənib 19:42 27.01.2018)
"Əslində bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Mütəxəssislərə görə, intihar hadisələri daha çox yaz və payız fəsillərində baş verir. Bunun da müxtəlif səbəbləri var. Psixoterapevt Paşa Yaqub Sputnik Azərbaycan-a həmin səbəblərdən danışır.

P.Yaqub deyir ki, insan enerji (ruh) daşıyıcısıdır və ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir: "Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda həyəcanlanma, qorxu, diksinmə, qarabasma və sair baş verir".

"İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir" – deyə psixoterapevt bildirir.

Mütəxəssisin fikrincə, dini inanc faktoru intiharı ləngidir: "Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin fikir beynindən çıxmır. Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilir".

O vurğulayır ki, intihara hazırlaşan insanda sevgi hissi qəzəblə əvəzlənir: "Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinir. Kompüterə düşən virus fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir".

Həkimin sözlərinə görə, həkimlər, diaqnostik aparatlar belə xəstələrdəki ağrıların səbəbini tapmaqda aciz qalırlar, bu gün bir, sabah isə başqa diaqnoz qoyulur: "Nevroloqlara və psixiatrlara müraciət etdikdə, bu cür xəstələrə, əsasən sakitləşdirici, psixotrop dərmanlar yazırlar. Bu dərmanlar bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan asılılıq yaradır və beyinin fəaliyyətini getdikcə zəiflədir. Dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır".

P.Yaqub qeyd edir ki, araşdırmalar insanda intihar fikrinin yaranmasının nə tibbin, nə də psixologiyanın qanunlarına uyğun olduğunu göstərir: "Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır. İntiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin "dəyişən cərəyan" formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir".

"Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, müayinəyə özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər" — deyə həmsöhbətimiz əlavə edir.

Ekspert vurğulayır ki, neqativ enerji insan ruhuna bir neçə yolla yoluxur: "İntihar etmək istəyən adamlar öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. İntihar edənlər üçün ilin hansı fəsli olması, havanın necə olması o qədər də önəmli deyil. Ancaq onlar axşamüstü daha çox sıxılırlar".

787
Teqlər:
dəyişən enerji, qara enerji, neqativ, Paşa Yaqub, psixoterapevt, mütəxəssis, həkim, intihar, enerji, ekspert, insan
Əlaqədar
Bakıda cavan oğlan yaponsayağı intihar edib
İntihar etmiş gəncin meyiti tapıldı
Bakı metrosunda növbəti intihar hadisəsi olub
Şabranda 49 yaşlı kişinin intiharının təfərrüatı
Gənclər “şeytan ayini” keçirib, intihar etdilər
Ata qızlarını öldürüb intihar etdi
Azərbaycanda məktəb direktoru intihara cəhd etdi

Dünya futbolunun əfsanəsi FOTOlarda

0
(Yenilənib 00:47 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azrkeçlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

0
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Diyeqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Futbol məşqçisi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

7
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

7
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb