CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilləri narahatlıq içində: Sərt cəza verilsin!

© Sputnik / Murad OrujovЗдание Милли Меджлиса
Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Abunə olmaq
Azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur

BAKI, 25 yanvar — Sputnik. Azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı məlumat verib.

"Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Həmin şəxslərin daha sərt formada cəzalandırılması üçün qanunda dəyişikliklər etmək məsələsinə baxırıq. Belə məsələlərə baxmağa ehtiyac var və bu, bizi narahat edir" — A.Naxçıvanli bildirib.

Millət vəkili Sədaqət Vəliyeva da öz növbəsində bu məsələnin ağrılı, utanverici olduğunu, belə halların qarşısının alınmasının vacibliyini, bu istiqamətdə qanunvericiliyin daha da sərtləşdirilməsinin vacibliyini dilə gətirib.

Xəbər lenti
0