Kompüter qarşısındakı uşaqlar

Dövlət uşaqları zərərli məlumatlardan qoruyacaq

68
(Yenilənib 12:56 25.01.2018)
"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanıb

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda gündəlikdə 2 məsələ — komitənin 2017-ci il payız sessiyasında gördüyü işlər və 2018-ci ildə yaz sessiyası üçün işlər planı olub.

Komitə sədri Aqiyə Naxçıvanlı deyib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib: "Bu iclaslarda 6 məsələ, o cümlədən 4 qanun layihəsi müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə vətəndaşlar tərəfindən 124 müraciət daxil olub, həmin müraciətlərin 70-i tədbir görülməsi üçün aidiyyatı təşkilatlara göndərilib, digərləri isə müvafiq qaydada həll edilib".

2017-ci ilin payız sessiyası dövründə komitə tərəfindən görülən işlərdən danışan komitə sədri deyib ki, hesabat dövründə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunda dəyişiklik, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik Milli Məclisdə qəbul olunub. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq orqanlara təqdim edilib.

Komitə sədri cari məsələlərlə bağlı komitə üzvləri ilə müzakirələr aparıb.

68
Teqlər:
Ailə, qadın və uşaq məsələləri komitəsi, qanun layihəsi, Milli Məclis
Əlaqədar
Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsə...
Valideynlər məktəbdəki uşaqlarına telefonla baxacaqlar
Göz görə-görə uşaqlarımızı zəhərləyirik
Bakıda buludlu hava, arxiv şəkli

Bakıda buludlu olacaq, bölgələrə yağacaq

15
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir

BAKI, 29 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

15
Teqlər:
hava proqnozu

Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı

19
Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi indiyədək 2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib

BAKI, 29 sentyabr — Sputnik. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo) videoformatda mətbuat brifinqi verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən H.Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi indiyədək 2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.

Habelə, H.Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.

Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırmış və onları Azərbaycana dəvət edib.

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı
"Qoşunların təmas xətti boyu əməliyyatlar davam edir, bu, vətən müharibəsidir!
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Prezidentin köməkçisi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb