Bakının mənzərəsi

Bakının təhlükə artan ərazisindəki sakinlər köçürüləcək RƏSMİ

76
(Yenilənib 18:30 24.01.2018)
Ərazi polis nəzarətinə götürülüb

BAKI, 24 yanvar — Sputnik. Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

Ərazi polis nəzarətinə götürülüb.

76
Teqlər:
Bayıl yamacı, teleqüllə, Səbail Rayon İcra Hakimiyyəti, sığınacaq, köçürülmə
Əlaqədar
"Teleqüllə" ətrafında təhlükə davam edir - Hadisə yerindən
Ətrafında çatlar yaranan Teleqüllə ilə bağlı açıqlama verildi
Bakı Teleqülləsi ilə bağlı həyəcan siqnalı: təhlükəli vəziyyət yaranıb
Bakıda yeni teleqüllə istifadəyə verilib
Bakıda alternativ teleqüllə işə salınacaq