Yol polisi avtomobili

“Taksi” “Forsaj”ın davamı: 23-dən 3-ə düşən təqib VİDEO

462
(Yenilənib 10:31 23.01.2018)
Avtomobil rəngsazı kimi çalışan Raminin anası və atası, eləcə də bir bacısı xəstədir

BAKI, 23 yanvar — Sputnik. Yanvarın 21-də səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücünün saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, həmin sürücünü heç də Yol Patrul Xidmətinin 23 avtomobili təqib etməyib. 90-UR-366 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobili 33 yaşlı Ağasıyev Ramin Niyazə oğlu idarə etsə də, həmin nəqliyyat vasitəsi dövlət tərəfindən Məmmədov Zaur Səxavət oğluna verilib. Lakin Ramin Ağasıyev avtomobili dostu Zaur Məmmədovdan götürərək nömrələrini çıxarıb və Bakı şəhərində idarə etməyə başlayıb. Nömrənin yerində olmadığını görən yol polisi əməkdaşları ona əvvəlcə Yasamal rayonu ərazisində "saxla" işarəsi veriblər. Lakin avtomobildə özü ilə yanaşı 3 dostu da olan sürücü qaçmağa başlayıb. Yol polisləri onu təhlükəsizlik qaydalarına uyğun şəkildə təqib ediblər. Sürücü olduqca təhlükəli manevrlər edib, maşını yol polisi avtomobillərinin, həmçinin yol polisi əməkdaşlarının üstünə sürərək hərəkəti davam etdirib. Hətta bir neçə dəfə qəza şəraiti yaradan sürücü saxlanılarkən qəza törədib və "Naz Lifan"ın ön tərəfini səkiyə çırpıb.

Şəhərin mərkəzi küçələrində təhlükəli vəziyyət yaradan "avtoş"u yol polisləri kənara çıxarıblar. DYP əməkdaşları onu məqsədli şəkildə mərkəzi küçələrdən kənarlaşdıraraq Nobel prospektinə istiqamətləndiriblər. Burada isə süni sıxlıq yaradaraq maşını dayandırıblar. Sürücü maşından düşüb qaçmağa çalışsa da, buna imkan verilməyib. Yol polisləri tərəfindən saxlanılan sürücü toplanmış materiallarla birlikdə Səbail Rayon Polis İdarəsinə təhvil verilib. Burada aparılan araşdırma zamanı məlum olub ki, Ramin Ağasiyevin sürücülük vəsiqəsi yoxdur. Avtomobil rəngsazı kimi çalışan Raminin anası və atası, eləcə də bir bacısı xəstədir. Bütün bunları nəzərə alan Səbail Rayon Məhkəməsi ona 30 gün inzibati həbs cəzası verib.

Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, avtoxuliqanlıq edən Ramin Ağasıyevin saxlanılması üçün 3 kəsişmədə ayrı-ayrı avtomobillərdə xidmət aparan yol polisi əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Lakin sürücü qanuna tabe olmayaraq qaçıb. Nəhayət, 3 patrul maşını tərəfindən təqib olunan "Naz Lifan" Nobel prospektində süni sıxlıq yaradılmaqla saxlanılıb.

Ramin Ağasıyev hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində cəzasını çəkir.

462
Teqlər:
izləmə, "NAZ-Lifan", yol polisi, avtomobil, həbs
Əlaqədar
Onların qəribə qadağaları davam edir: Qadınlara avtomobil sürmək olmaz
Avtomobil bazarındakı son durum ürəkaçan deyil
Avtomobildə sürət həddini aşdı, binanın ikinci mərtəbəsindən içəri girdi
Avtomobil bazarında vəziyyət necədir
1500 manata avtomobil almaq şansınız olacaq

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

4
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

4
Qədəbək

Sabah hava həlim olacaq

2
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

2

Bərdə bu gün - Dəhşətin mənzərəsi

0
(Yenilənib 18:27 28.10.2020)
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrin ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerindən çəkilən fotoşəkilləri təqdim edirik.

0
  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

  • © Sputnik / Ibrahim Hashimov

    Bərdə raket hücumundan sonra

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə