Работа магазина Мир кожи и меха в Сокольниках

Bahalı, saxta zərərli: Bazarda təhlükəli mallar dolaşır

493
(Yenilənib 23:58 21.01.2018)
Ekspert: Satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar orijinal deyil, onların 40%-i saxtadır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Qış mövsümünün gəlişi ilə xəz dəridən hazırlanmış üst geyimləri də dəbə düşür. Qadınların əksəriyyəti gözəl və cazibədar görünmək, eyni zamanda soyuq havada üşüməmək üçün xəz dərili üst geyimlərə üstünlük verirlər. Təbii ki, fərqli heyvanların xəzindən hazırlanmış bu geyimlər müştərilərə çox baha qiymətə təklif olunur. Buna baxmayaraq, əksər hallarda baha qiymətə alınan xəz dəridən hazırlanmış geyim keyfiyyətsiz çıxır, heç bir mövsüm belə istifadə edilməmiş yararsız hala düşür. Bir sözlə, xəz geyimlərin qiyməti ilə keyfiyyəti bir-birini təkzib edir.

Sputnik Azərbaycan bu gün ölkədə satılan xəz dəridən hazırlanmış geyimlərin keyfiyyəti ilə qiymətinin nə dərəcədə uzlaşdığını mütəxəssislərdən öyrənib. 

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycana xəz dəridən hazırlanmış geyimlər müxtəlif ölkələrdən idxal olunur:"Çindən, Türkiyədən və Avropa ölkələrindən ölkəmizə xəz dərilər gətirilir. Təbii ki, Çindən gətirilən xəz dərilər ucuz başa gəldiyi üçün ticarətçilər çin mallarına daha çox üstünlük verirlər".

Bayramovun sözlərinə görə, bir neçə il əvvələ nisbətən hazırda xəz dərilərə maraq azalıb, amma yenə də tələbat var.

"Bu geyimlərin qiymətləri həqiqətən bahadır. Xüsusilə, Çindən gətirilən xəz dərilərin qiymətləri baha, keyfiyyəti isə aşağıdır. Beləliklə, istehlakçılar aldadılır. Hətta onu da qeyd edim ki, qonşu ölkələrə nisbətən Azərbaycanda eyni xəz dərilər daha baha qiymətə satılır" – deyə ekspert əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il xəz dərilərlə bağlı Azad İstehlakçılar Birliyinə 1-2 şikayət daxil olur: 

"İstehlakçılar aldıqları xəzin keyfiyyətindən narazıdır. Azərbaycanda xəz dərilərin gətirilməsində heç bir standart yoxdur. Azad bazar olduğu üçün ticarətçilər hansı ölkədən istəsələr, xəz dəri gətirirlər, neçəyə istəyirlər, o qiymətə də satırlar".

E.Hüseynov xəz dəridən hazırlanmış geyimlərin saxta yarlıqlarla satıldığını da bildirib: "Onu da qeyd edim ki, satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar heç də orijinal olmur. Bazarda xəz dəridən hazırlanmış üst geyimlərinin 40 faizdən çoxu saxta yarlıqlarla satılır. Qiymətlərə gəlincə, hər kəs istədiyi qiymətə malını sata bilər. Sadəcə onu deyə bilərəm ki, istehlakçılar xəz dəri alarkən diqqətli olsunlar və saxta mallara aldanmasınlar".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, xəz dərilərlə bağlı heç bir standart yoxdur: "Bizə bu günə kimi xəz dərilərlə bağlı heç bir şikayət daxil olmayıb". 

Həkim Rasif Bağırov isə Sputnik Azərbaycan-a xəzdən hazırlanmış geyimlərin insan sağlamlığına zərərli təsirlərindən danışıb:

"Dəridən geyim hazırlanan zaman elə aşılanmalıdır ki, insan orqanizmi üçün gigiyenik olaraq heç bir problem yaratmasın. Xəz dəri hazırlanan zaman lazımi səviyyədə aşılanmayanda, ətraf mühitdə olan mikroorqanizmlər həmin xəz dəridə özünə yer edir və münbit şərait olduğu üçün çoxalmağa başlayır. Həmin mikroorqanizmlər xüsusilə allergik xəstəliklər, mədə-bağırsaq xəstəlikləri yarada bilir".

"Xəz dəridən hazırlanmış geyimləri xüsusi rejimdə saxlamaq lazımdır, tez-tez xüsusi qaydada təmizlənməlidir ki, insan orqanizminə problem yaratmasın" –deyə həkim əlavə edib.

493
Teqlər:
Azad İstehlakçılar Birliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Fazil Talıblı, Eyyub Hüseynov, Vüqar Bayramov, Çin, Türkiyə, Avropa
Əlaqədar
Şabranda alt paltarında tapılan meyit kimindir: İlginc fakt
Gecə saat üçdə o, alt paltarında yaxınlaşıb yorğanı üstümdən atdı
Facebook-un qurucusunun paltar şkafında nələr var?
55 dərəcəyədək özü istilik verən paltar istehsal edildi
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

5
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

5
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

187
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

187
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0