CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb - Rəsmi

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”

BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: "Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-ə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0