CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölə bilərsiniz: Asqıran zaman ağzınızı tutmayın

Abunə olmaq
Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir

BAKI, 19 yanvar — Sputnik. Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu çox ziyanlı və təhlükəli adətdir.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir.

Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və selikdən azad olur.

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bir milyon insanın ölüm səbəbi açıqlandı

Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir. Əgər asqırma zamanı siz burnunuzu tutursunuzsa, güclü hava axını burun-udlaq və qulaqda olan evstaxiy borusuna yönələcək ki, bu da təzyiqin xeyli artmasına səbəb olacaq. Nəticədə damarlar, daxili qulaq və qulaq pərdəsi zədələnə bilər.

Bundan əlavə insanda baş ağrısı əmələ gələ bilər.

Daha ağır fəsadlar arasında aşağıdakılar var:

— qida borusu divarının yırtılması (Bu yaxınlarda belə hadisə Böyük Britaniya qeydə alınıb)

— qulaq pərdəsinin deşilməsi

— beyin anevrizmasının yırtılması (ölümlə nəticələnə bilər).

Beləliklə, alimlər asqırma zamanı burun və ağızı sıxmağı tövsiyə etmir. Ədəb qaydalarına riayət etmək üçün dəsmaldan istifadə edin.

Xəbər lenti
0