CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Hollivud ssenarisi üzrə qarət: Polis baş verənləri anlatdı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidЧеловек в маске балаклавы. Архивное фото
Человек в маске балаклавы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi qadının boğazına bıçaq dirəyərək eynilə Amerika filmlərində olduğu kimi qışqırıb

BAKI, 19 yanvar — Sputnik. TuranBankın filiallarından birinə edilən hücumun detalları məlum olub. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 18-də bankın təhlükəsizliyinə cavabdeh olan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarına mərkəzi məntəqə tərəfindən siqnal daxil olub.

Turanbank - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda banka basqın edildi

Mühafizə dərhal hadisənin baş verdiyi yerə gedib və bıçaqla bankın kassirinin üzərinə hücum edən qulduru saxlayıb. Məlum olub ki, saxlanılan şəxs paytaxt sakini, 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğludur. Məmmədov istintaq hərəkətləri ilə bağlı rayonun 27-ci polis bölməsinə təhvil verilib.

Bundan başqa Yasamal RPİ-yə bu məsələnin digər təfərrüatları da məlum olub. Məmmədov saat 13:00-da banka gələrək pul dəyişmək istəyən Nəcəfova Səidə Səlim qızına yaxınlaşıb. Kişi qadının boğazına bıçaq dirəyərək eynilə Amerika filmlərində olduğu kimi qışqırıb: "Tərpənməyin, bu qarətdir!" Sonra kişi xəzinədəki kassirə oradakı bütün pulları ona verməyi əmr edib. Elə bu vaxt bankın əməkdaşları quldura hiss etdirmədən həyəcan siqnalı düyməsini basıblar. Bundan dərhal sonra hadisə yerinə əməliyyatçılar gəlib.

Təhqiqat zamanı məlum olub ki, Məmmədov 2 saylı Psixonevroloji dispanserdə qeydiyyatdadır.

Qeyd edək ki, AR DİN Baş Mühafizə İdarəsi hal-hazırda 15 024 obyektin və 5 446 mənzilin təhlükəsizliyinə cavabdehdir. Mərkəzləşdirilmiş mühafizə məntəqələri isə 11 851 mənzili əhatə edir.

Xəbər lenti
0